Günel Ağayeva: “Görülən işlərin səmərəliliyini artırmaq üçün Nohurqışlaq bələdiyyəsi olaraq büdcə gəlirlərini artırmağa çalışırıq”
"Məqsədimiz seçicilərimizə layiqincə xidmət etməkdir. Bunun üçün bələdiyyənin üzv və qulluqçuları var qüvvələri ilə çalışır”-bu fikirləri Belediyye.infoya Qəbələ rayonu, Nohurqışlaq bələdiyyəsinin sədri Günel Ağayeva deyib.
Sədr
qeyd edib ki, bələdiyyə çalışır ki, inzibati ərazisinə aid olan ərazilərin hər
birində vətəndaşların müraciətlərini nəzərə
alaraq layihələr icra etmiş olsun. Növbəlilik əsasında icra edilən layihələr bu
dəfə Yengicə kəndində icra olundu.
Belə
ki, böyük arx üzərində olan taxta körpü beton körpü ilə əvəzləndi, bununla
yanaşı ərazidə təmizlik işləri aparılmaqla sakinlərlə görüşlər keçirilərək kəndin
təmiz saxlanılması üçün maarfiləndirmə işləri aparıldı. 15 ailəninin su ilə təmin
xəttin üzərində olan yanmış su motorunu yeni isə əvəzlənməsi, kəndarası su
arxalarının təmizlənməsi, habelə su keçidlərinin yeniləri ilə əvəzlənməsi də
görülən işlər sırasındadır.
Görülən
işlərin səmərəliliyini və operativliyini artırmaq üçün Hohurqışlaq bələdiyyəsi
olaraq büdcə gəlirlərini artırmağa çalışırıq.
Belediyye.info
Rəylər
0 Rəy