Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-04-2026 , 10:28

182

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Günel Ağayeva: “Görülən işlərin səmərəliliyini artırmaq üçün Nohurqışlaq bələdiyyəsi olaraq büdcə gəlirlərini artırmağa çalışırıq”

"Məqsədimiz seçicilərimizə layiqincə xidmət etməkdir. Bunun üçün bələdiyyənin üzv və qulluqçuları var qüvvələri ilə çalışır”-bu fikirləri Belediyye.infoya Qəbələ rayonu, Nohurqışlaq bələdiyyəsinin sədri Günel Ağayeva deyib.

Sədr qeyd edib ki, bələdiyyə çalışır ki, inzibati ərazisinə aid olan ərazilərin hər birində  vətəndaşların müraciətlərini nəzərə alaraq layihələr icra etmiş olsun. Növbəlilik əsasında icra edilən layihələr bu dəfə Yengicə kəndində icra olundu.

Belə ki, böyük arx üzərində olan taxta körpü beton körpü ilə əvəzləndi, bununla yanaşı ərazidə təmizlik işləri aparılmaqla sakinlərlə görüşlər keçirilərək kəndin təmiz saxlanılması üçün maarfiləndirmə işləri aparıldı. 15 ailəninin su ilə təmin xəttin üzərində olan yanmış su motorunu yeni isə əvəzlənməsi, kəndarası su arxalarının təmizlənməsi, habelə su keçidlərinin yeniləri ilə əvəzlənməsi də görülən işlər sırasındadır.

Görülən işlərin səmərəliliyini və operativliyini artırmaq üçün Hohurqışlaq bələdiyyəsi olaraq büdcə gəlirlərini artırmağa çalışırıq.

 Belediyye.info






Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər