Bu rayon bələdiyyələri torpaq vergisinin həcmini yeddi dəfəyədək artırıblar
Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə
Saatlı
rayonunda formalaşan 10 bələdiyyənin büdcə gəliri 482.200 manat
olub. Bu 2024-ci illə müqayisədə 2.1 dəfə çoxdur. 2024 cü ilədə 36 Saatlı
bələdiyyəsinin büdcə gəliri 227.000 manat təşkil edib.
Əldə
edilən gəlirin 38.1 faizi vergilərdən, 61.9 faizi isə rüsumlardan
olub. Büdcə gəlirinin 36.3 faizi torpaq, 1.7 faizi əmlak vergisindən daxil olub. Torpaq
vergisindən daxil olan ödənişin həcmi 175.300 manat olub ki, bu əvvəl ki illə
müqayisədə 6.5 dəfə artıqdır.
Saatlı
bələdiyyələrinin büdcə gəlirinin 44.5 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən,
icarəsindən və istifadəyə verilməsindən daxil olub.
Saatlı
bələdiyyələri ötən il 63 min manatlıq
torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 31.5 faiz çox deməkdir.
İl ərzində Saatlı bələdiyyələrinə 84.000 manat dotasiya ayrılıb.
Saatlı
bələdiyyələri bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil
olan gəlirlərin həcmini 2.6 dəfə artıb.
Belə
ki, il ərzində bu maliyyə istiqamətindən bələdiyyə büdcəsinə 151.700 manat
maliyyə vəsaiti daxil olub.
Bələdiyyələr
tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar
ticarətdən, mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, bələdiyyə müəssisələrinin
mənfəət vergisindən, avtodayanacaqlardan, daşınmaz əmlak üzərində reklam
daşıyıcısının yerləşdirilməsindən bələdiyyə büdcəsinə hər hansı vergi daxil
olmayıb.
Belediyye.info
Rəylər
0 Rəy