Şabran bələdiyyəsində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilmişdir
Şabran Bələdiyyəsinin inzibati binasında Azərbaycan xalqının Ümummilli
Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr
olunmuş geniş və təntənəli tədbir keçirilmişdir.
Tədbirdə
Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov,
Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini Natavan Mustafayeva, Şabran
Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Günay Cavadova, Yeni Azərbaycan
Partiyası Şabran rayon təşkilatının sədr müavini Cavani Babayev, Quba-Xaçmaz
Regional Gənclər və İdman İdarəsinin Şabran rayon sektorunun rəisi Süleyman
Əliməmmədov, Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev,
eləcə də rayonun ümumtəhsil müəssisələrinin rəhbərləri – Şabran şəhər 4 nömrəli
tam orta məktəbin direktoru Çinarə Şeydayeva, Şabran şəhər 5 nömrəli tam orta məktəbin
direktoru Raifə Məmmədova, Şabran şəhər 1 nömrəli ümumi orta məktəbin direktoru
Çinarə Məmmədova və Şabran şəhər 2 nömrəli ümumi orta məktəbin direktoru Təranə
Allahyarova iştirak etmişlər.
Tədbir
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider
Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə
başlanmışdır.
Çıxış
edən natiqlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi,
müasir müstəqil dövlətin qurulması və inkişaf etdirilməsi istiqamətində gördüyü
misilsiz xidmətlərdən geniş bəhs etmiş, onun zəngin siyasi irsinin bu gün də
ölkəmizin tərəqqisinə işıq tutduğunu vurğulamışlar. Qeyd olunmuşdur ki, Ulu Öndərin
müəyyən etdiyi inkişaf strategiyası hazırda Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz
regionda güclü və nüfuzlu dövlət kimi mövqeyini daha da möhkəmləndirir.
Tədbir
çərçivəsində Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş çıxışlar dinlənilmiş,
onun Azərbaycan xalqına bəxş etdiyi dəyərlər, milli həmrəylik, dövlətçilik ənənələri
və gələcək nəsillər üçün qoyduğu zəngin irs xüsusi vurğulanmışdır.
Sonda bir daha qeyd olunmuşdur ki, Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvəti olmaqla yanaşı, gələcək inkişafın etibarlı təminatıdır və bu irsin yaşadılması hər bir vətəndaşın müqəddəs borcudur.
Rəylər
0 Rəy