Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-05-2026 , 00:18

42

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Şabran bələdiyyəsində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilmişdir

Şabran Bələdiyyəsinin inzibati binasında Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş geniş və təntənəli tədbir keçirilmişdir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini Natavan Mustafayeva, Şabran Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Günay Cavadova, Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədr müavini Cavani Babayev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayon sektorunun rəisi Süleyman Əliməmmədov, Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev, eləcə də rayonun ümumtəhsil müəssisələrinin rəhbərləri – Şabran şəhər 4 nömrəli tam orta məktəbin direktoru Çinarə Şeydayeva, Şabran şəhər 5 nömrəli tam orta məktəbin direktoru Raifə Məmmədova, Şabran şəhər 1 nömrəli ümumi orta məktəbin direktoru Çinarə Məmmədova və Şabran şəhər 2 nömrəli ümumi orta məktəbin direktoru Təranə Allahyarova iştirak etmişlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

Çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müasir müstəqil dövlətin qurulması və inkişaf etdirilməsi istiqamətində gördüyü misilsiz xidmətlərdən geniş bəhs etmiş, onun zəngin siyasi irsinin bu gün də ölkəmizin tərəqqisinə işıq tutduğunu vurğulamışlar. Qeyd olunmuşdur ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz regionda güclü və nüfuzlu dövlət kimi mövqeyini daha da möhkəmləndirir.

Tədbir çərçivəsində Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş çıxışlar dinlənilmiş, onun Azərbaycan xalqına bəxş etdiyi dəyərlər, milli həmrəylik, dövlətçilik ənənələri və gələcək nəsillər üçün qoyduğu zəngin irs xüsusi vurğulanmışdır.

Sonda bir daha qeyd olunmuşdur ki, Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvəti olmaqla yanaşı, gələcək inkişafın etibarlı təminatıdır və bu irsin yaşadılması hər bir vətəndaşın müqəddəs borcudur.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyə sədri qəbul keçirib

Region
05-04-2026
572