Mingəçevir bələdiyyəsində könüllülərlə görüş keçirilib
Mingəçevir Bələdiyyəsində Könüllülük Proqramı çərçivəsində fəaliyyət göstərən könüllülərlə yekun görüş keçirilib.
Tədbirdə çıxış edən bələdiyyə sədri Anar İsmayılov könüllülərin göstərdiyi təşəbbüskarlığı və fəallığı yüksək qiymətləndirərək onların ictimai həyatda iştirakının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, könüllülük təkcə təcrübə qazanmaq imkanı deyil, həm də vətəndaş məsuliyyətinin formalaşması və cəmiyyətə xidmət mədəniyyətidir. Sədr gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və bu fəallığın davamlı olmasını tövsiyə edib.
Daha sonra könüllülər proqram müddətində həyata keçirdikləri fəaliyyətlər və qazandıqları təcrübələr barədə təqdimatlarla çıxış ediblər, görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda könüllülərə sertifikatlar təqdim olunub.
Bu kimi təşəbbüslər gənclərin inkişafına, şəhər həyatında daha aktiv iştirakına və vətəndaş məsuliyyətinin güclənməsinə mühüm töhfə verir.
Rəylər
0 Rəy