Rauf Məhərrəmov: “Bələdiyyə iclasında müzakirəyə çıxarılan məsələlərin böyük əksəriyyəti məhz sakinlərin qaldırdığı məsələlərdir”
“Bu gün bələdiyyə olaraq əsas vəzifəmiz seçicilərimizi narahat edən məsələləri, habelə onların üzləşdiyi problemləri həll etməklə vətəndaş məmnunluğunu təmin etməkdir”-bu fikirləri Belediyye.infoya Ağdam rayonu, Quzanlı bələdiyyəsinin sədri Rauf Məhərrəmov deyib.
Hazırda bələdiyyə iclasında müzakirəyə
çıxarılan məsələlərin böyük əksəriyyəti məhz sakinlərin qaldırdığı məsələlərdir.
Bu günlərdə sakinlərin müraciəti əsasən bələdiyyənin
inzibati ərazisinə aid edilən İmamqulubəyli kəndində məhəllədaxili yollara bələdiyyənin təşkilatçılığı ilə çınqıl
tökülərək yayılmış, sakinlərin gediş-gəlişində yaranan problem aradan qaldırılmışdır.
Bələdiyyə olaraq inzibati ərazi daxilində
sakinləri narahat edən hər bir məsələnin həllinə çalışırıq. Bu işdə vergi ödəyicilərimizin
də dəstəyini yaxından hiss edirik.
Belediyye.info
Rəylər
0 Rəy