Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-05-2026 , 23:57

79

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Rauf Məhərrəmov: “Bələdiyyə iclasında müzakirəyə çıxarılan məsələlərin böyük əksəriyyəti məhz sakinlərin qaldırdığı məsələlərdir”

 “Bu gün bələdiyyə olaraq əsas vəzifəmiz seçicilərimizi narahat edən məsələləri, habelə onların üzləşdiyi problemləri həll etməklə vətəndaş məmnunluğunu təmin etməkdir”-bu fikirləri Belediyye.infoya Ağdam rayonu, Quzanlı bələdiyyəsinin sədri Rauf Məhərrəmov deyib.

Hazırda bələdiyyə iclasında müzakirəyə çıxarılan məsələlərin böyük əksəriyyəti məhz sakinlərin qaldırdığı məsələlərdir.

Bu günlərdə sakinlərin müraciəti əsasən bələdiyyənin inzibati ərazisinə aid edilən İmamqulubəyli kəndində məhəllədaxili  yollara bələdiyyənin təşkilatçılığı ilə çınqıl tökülərək yayılmış, sakinlərin gediş-gəlişində yaranan  problem aradan qaldırılmışdır.

Bələdiyyə olaraq inzibati ərazi daxilində sakinləri narahat edən hər bir məsələnin həllinə çalışırıq. Bu işdə vergi ödəyicilərimizin  də dəstəyini yaxından hiss edirik.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər