Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-05-2026 , 15:39

120

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Rövşən Əsgərov: “Ötən il büdcə gəlirini 59 faiz artırmaqla bərabər, DSMF borcunu bağlaya bildik”


 “Məqsədimiz büdcə gəlirlərini artırmaqla müraciət edən  hər bir vətəndaşı  bələdiyyəyədən razı getməsinə nail olmaqdır” – bu fikirləri Belediyye.infoya Tovuz rayonu, Qovlar bələdiyyəsinin sədri Rövşən Əsgərov deyib.

Sədr qeyd edib ki, bələdiyyə kollektivinin və vergi xidmətinin birgə səyi ilə son iki il ərzində büdcə gəlirlərində 59 fazilik artıma nail olmuşuq. Belə ki, 2024-cü ildə ümumi büdcə gəlirinin həcmi 46.987 manat təşkil edirdisə, ötən il bu rəqəm 74.560 manat olub. Hazırda vergi xidmətinin əsas hədəfi il ərzindəı büdcə gəlirlərinin həcmini 100 min manatın keçməsinə nail olmaqdır.

Birinci rübdə büdcə gəlirlərində artım səviyyəsi 42 faiz olsa da, növbəti rüblərdə hədəfimizə doğru addım atacağıq.

Sədr qeyd edib ki, 2024-cü ilin birinci rübündə 8.351 manat, 2025-ci ilin birinci rübündə 8.587 manat, cari ilin birinci rübündə isə 11.821 manat əldə edə bilmişik. Əldə olunan vəsaitin 85 faizi yalnız yerli  vergilərdən daxil olub.

Ötən ildə əldə etdiyimiz ən böyük uğur DSMF borcunun tam şəkildə bağlanılması idi. Əvvəl ki illərdən yığılıb qalmış 42 min manatlıq DSMF borcu ötən ilin sentybar ayında tam şəkildə bağlanıldı.

Bu gün bələdiyyənin həyata keçirdiyi əsas layihə isə  şəhər qəbirstanlığının müasir metal konstruksiya ilə çəpərlənməsini həyata keçirməkdir. Bununla yanaşı ərazidə həm də təmizlik işləri həyata keçirilmiş, mühafizə kameraları quraşdırlımış, ərazi daim bələdiyyənin diqqətindədir.

Sədr son olaraq bildirib ki, sistemli fəaliyyətimiz sayəsində “iflic olmuş bələdiyyədən hazırda işlək bələdiyyəyə çevrilmişik”

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz