Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-05-2026 , 23:12

103

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Xaçmaz bələdiyyələrinin büdcə  gəlirləri iki ildir hansı səbəbdən azalır?

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Xaçmaz rayonunda formalaşan 13  bələdiyyənin büdcə gəliri  1.166.100 manat olub. Bu 2024-ci illə müqayisədə 9.7  faiz az deməkdir.  38 Xaçmaz bələdiyyəsinin büdcə gəliri 2024-cü ildə 1.290.700 manata bərabər olub.

Ötən il əldə edilən gəlirin 47.9 faizi yerli  vergilərdən, 52.1 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 29.7 faizi torpaq, 17.8  faizi əmlak vergisindən daxil olub.

Xaçmaz bələdiyyələrinin büdcə gəlirinin 33.2 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

İlk dəfədir ki, Xaçmaz bələdiyyələrindən  bələdiyyə müəssisələrinin mənfəət vergisindən 4.200  manat maliyyə vəsaiti daxil olub.

Bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən Xaçmaz bələdiyyələrinə ötən il 187.400 manat vəsait daxil olub. Bu da ötən illə müqayisədə 61.6 faiz az   deməkdir. 

İl ərzində Xaçmaz bələdiyyələrinə 135 min  manat dotasiya ayrılıb.

Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən 16.600 manat vəsait daxil olub.

 Bununla yanaşı mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, avtodayanacaqlardan, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər