Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-06-2026 , 00:16

126

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Arif Cavadov: “Hədəfimiz daha böyük uğurlara imza atmaqdır”

“Bu gün bələdiyyə kollektivinin fəaliyyətin nəticəsidir ki, 2024-cü ilin ilk beş ayı ilə müqayisədə büdcə gəlirlərində 58 faizlik artım müşahidə olunub”- bu fikirləri Belediyye.infoya Oğuz bələdiyyəsinin sədri Arif Cavadov deyib.

Ümumi olaraq 2024-cü ilin ilk beş ayı ərzində 27.277 manatlıq vergi yığılmışdısa, bu rəqəm cari ildə 44.597 manat olub. 2024-cü illə müqayisədə torpaq vergisində 80 faiz, əmlak vergisində isə 44 faizlik artım müşahidə olunub.

Ötən dövrdə ki, əldə olunan gəlirlərin istiqamətlərinə toxunan sədr qeyd edib ki,  2024- cü ilin ilk beş ayı ərzində ümumi olaraq əldə olunan  27.277 manat vəsaitin, 6.442 torpaq vergisindən, 6948 manatı əmlak vergisindən,   14.645 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 242 manatı bələdiyyə mülkiyyətinin icarəsindən daxil olub.

2025- cü ilin ilk beş ayı ərzində ümumi olaraq əldə olunan 40.160 manat vəsaitin, 6.752 torpaq vergisindən, 6.626 manatı əmlak vergisindən, 157 manatı bələdiyyə mülkiyyətinin icarəsindən, 26.624 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən daxil olub.

2026- cü ilin ilk beş ayı ərzində ümumi olaraq əldə olunan 44.597 manat vəsaitin, 11.539 torpaq vergisindən, 9.967 manatı əmlak vergisindən, 1.487 manatı bələdiyyə mülkiyyətinin icarəsindən, 21.604 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən daxil olub.

Sədr qeyd edib ki, hədəfimiz daha böyük uğurlara imza atmaqdır. Odur ki, bələdiyyənin vergi xidmətinin əməkdaşları BAMS proqramının verdiyi imknalardan yararlanaraq həm sistemdə olan boşluq və çatışmazlıqları, habelə mövcud təkrar qeydiyyata alınan ödəyicilərin siyahısını dəqiqləşdirir, həm də  onların hər biri haqqında olan məlumat bazasını da yeniləyir.

Büdcə gəlirlərimizi artırmaqla biz həm də şəhər ərazisində vətəndaş məmnunluğunu təmin etmiş oluruq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

İnanıram ki,...

Region
09-05-2026
1416