Arif Cavadov: “Hədəfimiz daha böyük uğurlara imza atmaqdır”
“Bu gün bələdiyyə kollektivinin fəaliyyətin nəticəsidir ki, 2024-cü ilin ilk beş ayı ilə müqayisədə büdcə gəlirlərində 58 faizlik artım müşahidə olunub”- bu fikirləri Belediyye.infoya Oğuz bələdiyyəsinin sədri Arif Cavadov deyib.
Ümumi olaraq 2024-cü ilin ilk beş ayı ərzində 27.277 manatlıq
vergi yığılmışdısa, bu rəqəm cari ildə 44.597 manat olub. 2024-cü illə müqayisədə
torpaq vergisində 80 faiz, əmlak vergisində isə 44 faizlik artım müşahidə
olunub.
Ötən dövrdə ki, əldə olunan gəlirlərin istiqamətlərinə
toxunan sədr qeyd edib ki, 2024- cü ilin
ilk beş ayı ərzində ümumi olaraq əldə olunan
27.277 manat vəsaitin, 6.442 torpaq vergisindən, 6948 manatı əmlak
vergisindən, 14.645 manatı bələdiyyə
mülkiyyətinin özgəninkiləşdirilməsindən, 242 manatı bələdiyyə mülkiyyətinin icarəsindən
daxil olub.
2025- cü ilin ilk beş ayı ərzində ümumi olaraq əldə olunan 40.160
manat vəsaitin, 6.752 torpaq vergisindən, 6.626 manatı əmlak vergisindən, 157
manatı bələdiyyə mülkiyyətinin icarəsindən, 26.624 manatı bələdiyyə mülkiyyətinin
özgəninkiləşdirilməsindən daxil olub.
2026- cü ilin ilk beş ayı ərzində ümumi olaraq əldə olunan 44.597
manat vəsaitin, 11.539 torpaq vergisindən, 9.967 manatı əmlak vergisindən, 1.487
manatı bələdiyyə mülkiyyətinin icarəsindən, 21.604 manatı bələdiyyə mülkiyyətinin
özgəninkiləşdirilməsindən daxil olub.
Sədr qeyd edib ki, hədəfimiz daha böyük uğurlara imza atmaqdır.
Odur ki, bələdiyyənin vergi xidmətinin əməkdaşları BAMS proqramının verdiyi
imknalardan yararlanaraq həm sistemdə olan boşluq və çatışmazlıqları, habelə
mövcud təkrar qeydiyyata alınan ödəyicilərin siyahısını dəqiqləşdirir, həm də onların hər biri haqqında olan məlumat
bazasını da yeniləyir.
Büdcə gəlirlərimizi artırmaqla biz həm də şəhər ərazisində vətəndaş məmnunluğunu təmin etmiş oluruq.
Belediyye.info
Rəylər
0 Rəy