Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-06-2026 , 10:48

73

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Natiq Bəkmirzəyev: “Birgə fəaliyyətin sayəsində genişmiqyaslı layihənin icrası mümkün olmuşdur”

“21 iyun 2026-cı il, bazar günü olmasına baxmayaraq, Küpçal-Dağlı bələdiyyəsinin inzibati ərazisində uzun illərdir mövcud olan içməli su problemi nəhayət həll edilmişdir”- bu fikirləri Belediyye.infoya Quba rayonu, Kupçal-Dağlı bələdiyyəsinin sədri Natiq Bəkmirzəyev deyib.

Sədrin sözlərinə görə, Küpçal kəndi uzun müddət ərzində içməli su çatışmazlığı ilə ciddi çətinliklər yaşamış, bu vəziyyət həm məişət işlərinə, həm də kənd əhalisinin gündəlik həyatına mənfi təsir göstərmişdir. Xüsusilə yay aylarında suyun azalması və bəzi ərazilərdə ümumiyyətlə suyun olmaması kənd sakinləri üçün əlavə çətinliklər yaratmışdır.

Bu problemin aradan qaldırılması məqsədilə Küpçal-Dağlı bələdiyyəsi yerli əhali ilə birgə təşəbbüs göstərmiş, kənd ağsaqqallarının və sakinlərin iştirakı ilə genişmiqyaslı  su çəkıilişi layihəsi həyata keçirilmişdir.

Əhalinin dəstəyi və birgə əməkdaşlıq sayəsində layihə uğurla yekunlaşmış, Küpçal kəndi artıq fasiləsiz və dayanıqlı içməli su ilə təmin olunmuşdur. Bu hadisə kənd sakinləri tərəfindən böyük sevinc və razılıqla qarşılanmışdır.

Sədr bildirib ki, bundan sonra da kəndin sosial-iqtisadi inkişafı, infrastrukturunun yaxşılaşdırılması və əhalinin rifahının yüksəldilməsi istiqamətində bələdiyyə tərəfindən işlər davam etdiriləcəkdir.

Bələdiyyə olaraq bu mühüm işin həyata keçirilməsində fəal iştirak edən bütün kənd sakinlərinə xüsusi təşəkkürümüzü bildiririk.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz