Sakinlərlə sıx ünsiyyətin qurulması əsas hədəflərimizdəndir
Yerli özünüidarəetmə prinsiplərinə uyğun olaraq, bələdiyyəmiz hesabat dövrü ərzində rayonun və kəndlərimizin sosial-iqtisadi inkişafı, infrastrukturun təkmilləşdirilməsi və sakinlərin rifahının yüksəldilməsi istiqamətində bir sıra mühüm layihələr icra etmişdir. Görülən işlər yol, işıqlandırma, sosial-dini infrastruktur və şəffaflığın təmin edilməsi sahələrini əhatə edir.
Sakinlərimizin
gediş-gəlişini rahatlaşdırmaq və nəqliyyatın hərəkətini təhlükəsiz etmək məqsədilə
yol təmiri işlərinə xüsusi diqqət yetirilmişdir:
Pirzəkucə
kəndində yol təmiri: Kəndin daxili yolunun relyef baxımından problemli olan
hissəsində torpaq qatı təxminən 1 metr səviyyəsində qaldırılaraq
hamarlanmışdır. Güclü yağışlar zamanı yolun yuyulmasının qarşısını almaq və su
axınını düzgün istiqamətləndirmək üçün əraziyə xüsusi drenaj boruları
(suötürücülər) quraşdırılmışdır.
Digər
daxili yollarda da cari təmir və çınqıllama işləri mərhələli şəkildə davam
etdirilir.
*****
Gecə
saatlarında təhlükəsizliyin təmin edilməsi və küçələrin müasir standartlara
uyğunlaşdırılması üçün işıqlandırma layihələri uğurla icra olunur:
Çoxmənzilli
binaların həyətlərinin işıqlandırılması: 48 mənzilli yaşayış binasının həyətyanı
sahəsində sakinlərin rahatlığı üçün müasir küçə işıqlandırılması sistemləri
quraşdırılmış, ərazi qaranlıq saatlarda tam işıqlı və təhlükəsiz vəziyyətə gətirilmişdir.
Sakinlərimizin
çətin günlərində, hüzr mərasimlərində qarşılaşdıqları çətinlikləri aradan
qaldırmaq və dini ayinlərin lazımi səviyyədə icrasını təmin etmək bələdiyyəmizin
hər zaman diqqət mərkəzindədir:
*****
Cənazə
yuyulma yerinin (mürdəşirxana) qurulması və şəraitinin yaxşılaşdırılması:
Sakinlərin istifadəsi üçün nəzərdə tutulan cənazə yuyulma yerində əsaslı yenidənqurma
və təmir işləri aparılmışdır. Ərazi daimi isti və soyuq su təminatı ilə təchiz
olunmuş, sanitar-gigiyenik normalara tam cavab verən şərait yaradılmışdır. Həmçinin,
mərasimlərin dini qaydalara uyğun və rahat şəkildə keçirilməsi üçün lazımi
avadanlıq və ləvazimatlar bələdiyyə tərəfindən təmin edilərək sakinlərin
ixtiyarına verilmişdir.
*****
Bələdiyyəmizin
fəaliyyətində şəffaflığın artırılması və sakinlərlə sıx ünsiyyətin qurulması əsas
hədəflərimizdəndir:
Məlumat
kitabçalarının (Bukletlərin) paylanılması: Bələdiyyə tərəfindən yerli vergilər,
ödənişlər, bələdiyyə mülkiyyəti və görülən işlər barədə ətraflı məlumatı özündə
əks etdirən xüsusi üçqat (trifold) məlumat kitabçaları hazırlanmışdır. Bu
kitabçaların ərazidəki sakinlərinə, yerli sahibkarlara və müəssisələrə
paylanılması prosesinə start verilmişdir.
Ceyhun
Zahidov
Lerik bələdiyyəsinin
sədri
Rəylər
0 Rəy