Qüdrət Kazımov: “Müəssisəmizdən mənfəət vergisinin daxil olmasını bələdiyyənin uğuru hesab etmək olar”
“Hədəfimiz təsdiq edilmiş büdcə layihəsinə uyğun olaraq əhalinin həssas qrupunun problemlərinin həllində aktiv iştirak etməkdir”- bu fikirləri Belediyye.infoya İsmayıllı bələdiyyəsinin sədri Qüdrət Kazımov deyib.
Sədr qeyd
edib ki, abadlıq üçün xərclənmiş 8.175 manat vəsait İsmayıllı şəhərində yeni
qurulan "Abad məhəllə"yə süni yaşıllıqların salınmasına, bununla yanaşı
qəbirstanlıqlarda təmizlik işlərinin görülməsi və zəruri iş alətlərinin alınaraq qəbirstanlıqlarda istifadə edilməsi,
"Məhhəmmədiyyə" məscidinin yaxınlığında olan qəbiristanlığın şərq
hissəsinin hasarlanması, torpaq sahəsinin və qəbirstanlığa gedən yolun çınqılla
hamarlanması üçün xərclənmişdir.
Sədr açıqlamasında
təsis etdikləri müəssisəsin də bələdiyyə büdcəsinə mənfəət vergisinin ödənildiyi
xüsusi ilə vurğulayıb.
Sədr qeyd
edib ki, İsmayıllı bələdiyyəsinin nəzdində
fəaliyyət göstərən "İsmayıllı Aqrar-Təmir-Tikinti idarəsi"nin fəaliyyəti
nəticəsində 2026-cı ildə 177,45 manat mənfəət vergisi İsmayıllı bələdiyyəsinin
hesabına köçürülmüşdür. Müəssisəmizdən mənfəət vergisinin daxil olmasını bələdiyyənin
uğuru hesab etmək olar.
Qüdrət
Kazımov deyib ki, son üç ilin büdcə gəlirlərinin təhlili göstərir ki, vergi xidmətinin sistemli fəaliyyəti nəticəsində
büdcə gəlirtlərində 40 faizlik artım müşahidə olunub. Ən şox artım isə əmlak və
torpaq vergisi üzrə əldə olunan gəlirlərdə olub. Belə ki, son üç il ərzində əmlka
vergisində 56 faiz, torpaq vergisində isə 65 faiz artım əldə olunub.
Bəzi qərəmlərə
diqqəti çəkən sədr qeyd edib ki, 2024-cü ilin birinci yarısı üzrə bələdiyyə
büdcəsinə 54.798 manat vəsait daxil olub ki, onunda 24.115
manatı əmlak vergisindən, 14.265 manatı torpaq vergisindən, 5.640 manatı bələdiyyə
mülkiyyətinin özgəninkiləşdirilməsindən, , 660 manatı isə mehmanxana, tuizm,
kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlərdən əldə edilib. İl yarım ərzində
bələdiyyə mülkiyyətinin icarəsindən 10.106
manat vəsait daxil olub
2025-cü
ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə 36.091 manat
vəsait daxil olub ki, onunda 15.837 manatı əmlak vergisindən, 10.443
manatı torpaq vergisindən, 4.093 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən,
360 avtodayanacaqlardan, 2.065 manatı isə mehmanxana,
tuizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlərdən əldə edilib. 2025-ci
il ərazində də bələdiyyə mülkiyyətinin icarəsindən
5.357 manat vəsait daxil olub.
2026-cü ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə 76696 manat vəsait daxil olub ki, onunda 37.703 manatı əmlak vergisindən, 23617 manatı torpaq vergisindən, 249.227 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 100 avtodayanacaqlardan, 200 manatı isə mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlərdən əldə edilib. 2026-ci il ərazində də bələdiyyə mülkiyyətinin icarəsindən isə 14.853 manat vəsait daxil olub.222 manat isə digər istiqamətlərdən daxil olub. Təəssüf ki, 2026-cı ildə bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən bələdiyyıə büdcəsinə hər hansıə vəsait daxil olmayıb.
Belediyye.info
Rəylər
0 Rəy