Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-07-2026 , 00:41

101

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Yeddi bələdiyyənin 75 min,  29 bələdiyyənin isə  750 min manat borcu var: CİDDİ

Kürdəmir rayonunda formalaşan 14 bələdiyyədən 7-nin DSMF -yə 75.257 manat borcu var.

Belediyye.infonun əldə etdiyi məlumata görə, Yenikənd bələdiyyəsinin 11.900 manat, Cəyli bələdiyyəsinin 20.230 manat,  Muradxan bələdiyyəsinin 13.020 manat, Mollakənd  bələdiyyəsinin 16.499 manat, Mehdili bələdiyyəsinin  7.115 manat,  Köhünlü bələdiyyəsinin  2.873 manat, Sığırlı bələdiyyəsinin 3.530 manat borcu var.

DSMF borcu olan bələdiyyələr borcu azaltsalarda, onun bağlanılması mümkün olmayıb. 

Kürdəmir, Karrar qəsəbə, Xırdapay, Topalhəsənli, Atakişili, Karrar kənd, Şilyan-Qarabucaq bələdiyyələri DSMF-yə olan borclarını bağlayıblar.

Əlavə edək ki, Yardımlı rayonunda formalaşan səkkiz bələdiyyənin DSMF-yə olan borcu 106.146 manat təşkil edir. Gədəbəy rayonunda formaşalan 10 bələdiyyədən isə, Gədəbəy və Slavyanka bələdiyyələri istisna olmaqla, 8 bələdiyyənin DSMF-yə 527.600 manat borcu var.  Qax rayonunda formalaşan səkkiz bələdiyyədən altısının DSMF-yə ümumilikdə 40.288 manat  borc var.

Beləliklə, Gədəbəy, Yardımlı, Qax və Kürdəmir rayonunda formalaşan  29 bələdiyyənin 749.291 manat DSMF-yə borcu var.

Belediyye.info  

Rəylər

0 Rəy


Rəy yaz