Layihə çərçivəsində QHT-nin növbəti görüşü İsmayıllı bələdiyyəsində keçirilib
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İsmayıllı bələdiyyəsinin inzibati binasında keçirilən növbəti görüşdə bələdiyyənin sədr müavini Anar Rəsulov, komissiya sədri, tanınmış şair Şahməmməd Soltanov və bələdiyyə qulluqçuları iştirak ediblər.
İctimai
birliyin sədri Vüqar Cəfərov iştirakçılara layihənin icrası, məqsədi və vəzifələri
barədə ətraflı məlumat verib. Bu görüşədək artıq Cəlilabad,
Masallı, Yardımlı, Siyəzən, Şabran, Xaçmaz və Quba rayonlarında hər birində iki gün
olmaqla davam edən görüşlərin keçirildiyini, maddi-mədəni irs nümunələrinin
ziyarət edildiyini, o cümlədən hər bir görüşdə bələdiyyələrin üzv və
qulluqçuları tərəfindən maraqlı təkilflərin səsləndirildiyini qeyd edib.
Layihə
çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ
Regional İdarəsinin İsmayıllı rayonu üzrə baş mütəxəssisi Samir Zülfiyevin
və İsmayıllı rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Ramiz Məmmədovun iştirakı ilə rayonda dövlət qedyiyyatına alınmış bir çox yerli əhəmiyyətli
tarixi-memarlıq abidələrin, o cümlədən Cümə məscidini, yerli tarix-diyarşünaslıq
muzeyini və digər tarixi-memarlıq abidələrinin ziyarət edildiyini qeyd edən
Vüqar Cəfərov İsmayıllının zəngin tarixi və memarlıq irsə sahib olduğunu, ərazisində
Lahic və Basqal kimi qədim tarixi olan yaşayış məntəqələrinin bu gün dövlət tərəfindən
yüksək səviyyədə bərpa edillərək ziyarətçilərin istifadəsinə verildiyini qeyd
edib. Birlik sədri qeyd edib ki, bu gün əsas məqsədlərimizdən biri bu tarixi
irsə sahib çıxmaqla və onu gələcək nəslə olduğu kimi çatdırmaq olmalıdır.
Vüqar
Cəfərov Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsində
götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə
bölgüsü"ndə İsmayıllı rayonunda 112 yerli əhəmiyyətli tarix və mədəniyyət
abidənin qeydə alındığını bildirib. Bu abidələrin 92-si Lahic, 2-si isə Basqal tarix- mədəniyyət qoruqlarında, digər 10
-u isə rayonun digər ərazilərində yerləşir.
Bələdiyyənin
komissiya sədri, tanınmış şair Şahməmməd
Soltanov maddi-mədəni irsimizin qorunmasında bələdiyyənin də öz töhfəsini verməyə
borclu olduğunu dilə gətirib. O hazırda bir sıra tarixi əhəmiyyət daşıyan abidələrində
bərpa və konservasiya işlərinin aparılmasına ehtiyac olduğunu qeyd edib. Bu gün
Lahic tarix-mədəniyyət qoruğunda dövlət tərəfindən ciddi addımlar atıldığını, ziyarətçilər
üçün əlçatanlağının təmin edildiyini, hazırda bir sıra bərpa layihələrin həyata
keçirdiyini qeyd edib. Lakin görülməli işlərin vaxtında və sürətli şəkildə həlli
nəticədə mövcud abidələrləin gələcək nəslə sağlam vəziyyətdə çatdırılmasına
imkan verəcəyini qeyd edib.
Komissiya
sədri mövzunun aktual olduğunu və bələdiyyənin vergi xidməti əməkdaşlarının
vergi ödəyiciləri ilə söhbətlərində məhz bu istiqamətə də toxunduqlarını qeyd
edib.
Komissiaya
sədri daha sonra bildirib ki, maddi-mədəni irsimizin qorunması hər bir bələdiyyədən
maliyyə vəsaiti tələb edir. Büdcə gəlirlərini
artırmaqla bizdə bələdiyyə olaraq bu sahənin qorunmasına və mühafizəsinə
öz töhfəmizi verəcəyik.
Görüşdə
iştirak edən bələdiyyənin üzv və qulluqçuları mövzu ətrafında öz fikir və
mülahizələrini bildiriblər.
Yekunda
görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və xatirə şəkli çəkilib.
Layihə
çərçivəsində növbəti sonuncu görüşün Oğuz bələdiyyəsində keçirilməsi nəzərdə
tutulmuşdur.
Əlavə
edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi 2009-cu ilin
dekabrında təsis edilmiş və 2010-cu ilin fevral ayında rəsmi dövlət
qeydiyyatına alınmışdır. 2011-ci ildən başlayaraq aktiv fəaliyyətə başlayaraq bələdiyyələrin
fəaliyyətinin təkmilləşdirilməsinə söykənən layihələrin icrası ilə məşğuldur.
Belediyye.info
Rəylər
0 Rəy