Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-08-2026 , 22:20

67

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Günel Ağayeva: “İcra edəcəyimiz layihələrin hər biri bələdiyyə iclasında müzakirəyə çıxarılaraq öz təsdiqini tapır”

“Bələdiyyə olaraq əldə etdiyimiz büdcə gəlirlərinin köməyi ilə  inzibati ərazi daxilindəki  kəndlərdə abadlıq, habelə yollarda cari təmir işlərinin aparılmasını həyata keçiririk. Ancaq icra edəcəyimiz layihələrin hər biri bələdiyyə iclasında müzakirəyə çıxarılaraq öz təsdiqini tapır”-bu fikirləri Belediyye.infoya Qəbələ rayonu, Nohurqışlaq bələdiyyəsinin sədri Günel Ağayeva deyib.

Sədr qeyd edib ki, iyul-avqust  aylarında Nohurqışlaq kəndində  məhəllədaxili yollarına çınqıl tökülərək yayılmış, ərazilər bərk məişət tullantılarından təmizlənmiş, həmçinin Tüntül kəndindəki Beylas qəbirstanlığında abadlıq-təmizlik işləri həyata keçirilmişdir.

Hər zaman olduğu kimi, bu dəfə də bələdiyyənin həyata keçirdiyi bu layihə sakinlər tərəfindən razılıqla qarşılanmışdır.

Bununla yanaşı bələdiyyə əhalinin həsas qurupuna aid olan, həmçinin ehtiyacı olan vətəndaşlara öz maddi dəstəyini hər zaman göstərməkdədir. Həyat yoldaşını itirən Minayə Mustafayevanın ailəsinə 400 manat, Tüntül kən sakini Nəzakət Abbasovaya 300 manat,   həmçinin Tüntül kənd sakini Naribə Abbasovaya 150 manat, Yengicə kənd sakini, qazi Telman Nuriyevə 150 manat, Nöhurqışlaq kənd sakini Zəfər Əmrahova 100 manat həcmində maddi yardım göstərilmişdir.  

Sədr qeyd edib ki, bu gün Nohurqışlaq bələdiyyəsinin əsas vəzifəsi bələdiyyə ərazisində vətəndaş məmnunluğunun təmin edilməsidir. Və bu gün Nöhurqışlaq bələdiyyəsi fəaliyyəti ilə buna çalışır.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər