Pirəbədil bələdiyyəsi tərəfindən kəndarası yollarda cari təmir işləri aparılıb
Şabran rayonu, Pirəbədil bələdiyyəsinin ərazisinə daxil olan Əmirxanlı və Xəlifələr kəndlərində kəndarası yollarda cari təmir işləri həyata keçirilib.
Aparılan təmir işlərinin əsas məqsədi kənd sakinlərinin
rahat və təhlükəsiz hərəkətini təmin etmək, yol infrastrukturunun vəziyyətini
yaxşılaşdırmaq və mövcud problemlərin aradan qaldırılmasına dəstək olmaqdır.
Pirəbədil bələdiyyəsi bundan sonra da ərazidə yol
infrastrukturunun yaxşılaşdırılması, kənd sakinlərini narahat edən məsələlərin
həlli və əhalinin rifahının yüksəldilməsi istiqamətində fəaliyyətini davam
etdirəcəkdir.
Pirəbədil bələdiyyəsi
Rəylər
0 Rəy