Adil Xudadatov: “Birinci rüb ərzində əmlak vergisinin həcminin 128 faiz artması heç də təsadüfü deyil”
“Sumqayıt bələdiyyəsinin fəaliyyətində daim seçicilərimizin dəstəyini hiss edirik. Əldə etdiyimiz hər bir uğurda , o cümlədən birinci rüb ərzində 2024-cü illə müqayisədə büdcə gəlirlərində 115 faizlik artımın olmasında da sakinlərimizin danılmaz xidməti vardır”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Adil Xudadatov deyib.
Sədr
qeyd edib ki, məhz əldə etdiyimiz hər bir manat sonda şəhərdə vətəndaş məmnunluğunun
təmin edilməsinə yönəldilir. Bu gün BAMS
proqramının yaratdığı şəraitlə yanaşı, həm də kollektivin birgə səyinin nəticəsidir
ki, bələdiyyənin bütün istiqamətlərdəki fəaliyyətində irəliləyiş hiss olunmaqdadır.
Əgər
2024-cü ilin birinci rübündə 357.361 manat əldə edilmişdirsə, bu rəqəm hazırda 767.219
manat bərabər olub. Ən diqqəti çəkən məqam ondadır ki, əldə olunan büdcə gəlirinin
31 faizi, yəni 233.223 manatı məhz əmlak vergisindən daxil olub. 2024 -cü illə
müqayisədə birinci rüb ərzində əmlak vergisinin həcmi isə 128 faiz artması da
heç də təsadüfü deyil.
Bələdiyyə
əmlakının özəlləşdirilməsindən daxil olan gəlirlərin həcmi 2024-cü ildə 35.721
olmuşdursa, cari ilin birinci rübündə bu rəqəm 211.014 manat, bələdiyyə tərəfindən torpaq
icarəyə verilməsindən daxil olan gəlirlərin
həcmi isə 2024-cü ilin birinci rübündə 161.946 manat, cari ilin müvafiq dövründə isə 249.310
manat təşkil edib.
Sədr açıqlamasında daha sonra qeyd edib ki, əgər bələdiyyənin kollektivi bələdiyyə-icra və bələdiyyə-vətəndaş münasibətlərini düzgün istiqamətdə tənzimləyə bilərsə, uğurlu nəticə özünü çox da gözlətməyəcək.
Belediyye.info
Rəylər
0 Rəy