Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-12-2025 , 11:07

36

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Tədbir Sumqayıt bələdiyyəsinin iştirakı  ilə təşkil edilib 

Sumqayıt Bələdiyyəsi olaraq 3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə keçirilmiş tədbirə dəvət olunduq və böyük məmnuniyyətlə iştirak etdik.

Sumqayıt şəhər Xüsusi Ümumtəhsil Məktəbinin direktoru Arzu Alızadənin təşkilatçılığı ilə gerçəkləşən bu nümunəvi tədbir,xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasına,onların sosial fəallığının artırılmasına və diqqət-məhəbbətlə əhatə olunmasına xidmət edən dəyərli bir təşəbbüs idi.Tədbirdə uşaqların hazırladığı çıxışlar, onların bacarıqları və özünəinamı bizə bir daha göstərdi ki, hər bir uşağın potensialı sonsuzdur və onlara göstərilən qayğı, sevgi və düzgün yanaşma böyük nəticələr doğurur.

Sumqayıt Bələdiyyəsi olaraq məktəb kollektivi və şagirdlərlə görüşdük, Beynəlxalq Əlillər Günü münasibətilə onları təbrik etdik və uşaqlarımıza xüsusi hazırlanmış hədiyyələrimizi təqdim etdik.Bizim əsas məqsədimiz bu kateqoriyadan olan uşaqların rifahına,təhsilinə və sosial həyatda fəal iştirakına daim dəstək göstərməkdir.Cəmiyyətimizin daha inklüziv və daha həssas olması üçün bu kimi layihələrin əhəmiyyətini yüksək qiymətləndirir,belə təşəbbüslərin davamlı olmasını arzulayırıq.Sumqayıt Bələdiyyəsi hər zaman xüsusi qayğıya ehtiyacı olan uşaqların yanındadır.Sizin sevincinizə, inkişafınıza və gələcək uğurlarınıza şahid olmaq bizim üçün ən böyük xoşbəxtlikdir.Hər biriniz sağlam, xoşbəxt və arzularınıza qovuşduğunuz gözəl günlər yaşayasınız.

Sumqayıt Bələdiyyəsi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər