Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-11-2025 , 18:10

845

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Hümbət Hüseynov Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilib


Quba şəhəri, Heydər Əliyev Mərkəzində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib. Respublikanın bütün qəsəbə bələdiyyələrini təmsil edən 94 nümayəndənin iştirakı ilə təşkil olunan tədbirdə Assosiasiyanın 2023–2024-cü illər üzrə fəaliyyəti haqqında hesabat, Nəzarət-təftiş komissiyasının hesabatı, həmçinin təşkilati və digər məsələlər müzakirə olunub.

Ümumi yığıncağın işində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin və Ədliyyə Nazirliyinin nümayəndələri, Azərbaycan Şəhər və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının rəhbərləri iştirak ediblər.

Təşkilati məsələlərin müzakirəsi çərçivəsində keçirilən səsvermə nəticəsində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri vəzifəsinə yekdilliklə yenidən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü, texnika elmləri üzrə fəlsəfə doktoru, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov seçilib.

Sədr seçildikdən sonra Hümbət Hüseynov göstərilən etimada görə təşəkkürünü bildirib və Assosiasiyanın qarşıdakı dövrdə qəsəbə bələdiyyələrinin institusional inkişafı, yerli özünüidarəetmənin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini daha da gücləndirəcəyini vurğulayıb.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər