Anar Adıgözəlov: “Məqsədimiz bir neçə ilə “milyonluq” büdcəyə çatmaqdır”
“Bu gün əsas məqsədimiz büdcə gəlirlərinin ciddi şəkildə artımına nail olmaqdır”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov deyib.
Sədrin
sözlərinə görə, son beş il ərzində Maştağa bələdiyyəsinin fəaliyyətində əvvəlki
illərdən fərqli olaraq ciddi dönüş olduğu xüsusi olaraq vurğulanmalıdır. Belə
ki, həm büdcə gəlirlərində, həm də qəsəbə ərazisində bələdiyyənin fəaliyyətini
bütün hallarda qənaətbəxş hesab etmək olar. Lakin biz daha yaxşı çalışıb büdcə
gəlirlərinin artımına nail olmaqla, həm də qəsəbədə Sabunçu RİH tərəfindən həyata
keçirilən layihələrə əlavə olaraq irimiqyaslı layihələri icra etməklə dəstəyimizi göstərmək niyyətindəyik.
Bununla
bağlı bələdiyyənin vergi xidmətinin qarşısına qoyulan əsas vəzifə vergi ödəyicilərlə
ciddi şəkildə işləmək, onlarla mütəmadi görüşlərin keçirilməsinə nail olmaq,
borclu vətəndaşlara diqqəti artırmaq, həmçinin vergi-uçot sistemini təkmilləşdirmək
dayanır.
Bir tərəfdən BAMS-ın verdiyi imkandan yararlanmaq,
digər tərəfdən vergi xidməti əməkdaşlarının vergi ödəyiciləri ilə mütəmadi
olaraq görüşlərin keçirilməsi, üstəlik vergi yığımındakı şəffaflığın təmin
edilməsi nəticə etibari ilə büdcə gəlirlərinin artımına səbəb olub.
Belə ki, ötən il ay ərzində bələdiyyə büdcəsinə
30-35 min manata yaxın vəsait daxil olurdusa, artıq bu rəqəm hazırda 40-45
min manat aralığında dəyişir. Hətta cari
ilin oktyabr ayı ərzində ilk dəfə olaraq
aylıq büdcə gəliri 60 min manata yaxınlaşmışdı.
Əlavə edim ki, bununla yanaşı BAMS-da tətbiq edilən
yeniliklərdən Maştağa bələdiyyəsi yetərincə yararlanır. Xüsusilə qeyd edilməlidir
ki, Adminstrasiyanın bələdiyyələrlə iş sektorunun təşkilatçılığı ilə BAMS-ın
Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə qoşulması, o cümlədən
BAMS-da tətbiq edilən yeniliklər, BAMS-proqramında SMS xidmətinin və
E-belediyye.az portalının istifadəyə verilməsi büdcə gəlirlərinin artmasına ciddi şəkildə təsir göstərib.
Sədr qeyd edib ki, bələdiyyə ərazisində kifayət qədər
sənədsiz əmlakın olması fəaliyyətimizə ciddi şəkildə maneə yaratsa da, biz çalışır
və əhalinin hər bir müraciətini diqqətdə saxlayırıq. Bu gün fəaliyyətimizi də məhz
vətəndaş müraciətlərinə əsasən qururuq. Həyata keçirdyimiz layihələrin böyük əksəriyyəti
məhz bu müraciətlər əsasında yerinə yetirilib.
Məqsədimiz bir neçə ilə “milyonluq” büdcəyə çatmaqdır.
Bunun üçün hər bir bələdiyyə üzvü və qulluqçusu öz töhfəsini verməyə hazırdır. Sözsüz ki, büdcə gəlirlərinin artımı , həm də vətəndaşlara göstərilən xidmət səviyyəsinin artması deməkdir.
Bələdiyyənin dayanıqlı maliyyə mənbəyinin yaranmasına
toxunan sədr yaxın günlərdə bələdiyyə iclasında bu məsələnin müzakirə etmək niyyətində
olduqlarını qeyd edib. Geniş profilli MMC yaratmaqla, həm digər qonşu bələdiyyələrlə
xidmət göstərmək, həm də büdcə gəlirlərimizi
artırmaq niyyətindəyik. Bu məqam hələ ki niyyət olsa da, tezliklə bunu gerçəkləşdirməyi
düşünürük.
Belediyye.info
Rəylər
1 Rəy
Ülvü Xammədov
26-11-2025, 1 həftə əvvəl
Salam. Məştağa qəsbəsinin sədri Anar Adıgözəlovdan və işçi kollektivindən çox razıyam.
Cavabla