Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-12-2025 , 09:05

184

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Tədbir Sahil bələdiyyəsinin iştirakı təşkil olunub


 Sahil bələdiyyəsinin və Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin 2 saylı filialının nümayəndələri ilə birgə   “Narkomaniyaya son qoyaq “ adlı tədbir təşkil olunub. Tədbirdə bələdiyyə sədri Ramil Hüseynov, 2 saylı MKİS-in müdiri Ulduz Heybətova,QRİHB-nın Sahil qəsəbə İƏD-i üzrə nümayəndəliyinin əməkdaşı Vüsal Ələsgərov, qəsəbə sakinləri və 228 saylı tam orta məktəbin kollektivi iştirak etmişlər.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuş, daha sonra narkomaniyanın cəmiyyət üçün yaratdığı təhlükələr barədə geniş məlumat verilmişdir. Bildirilib ki, narkotik vasitələrdən istifadə insan sağlamlığına ciddi zərər vurur, psixoloji asılılıq yaradır, şəxsiyyətin davranış xüsusiyyətlərinə mənfi təsir göstərir və sosial problemlərin yaranmasına səbəb olur.

Tədbirdə çıxış edənlər qeyd etmişlər ki, Azərbaycan dövləti narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizəni prioritet istiqamət kimi müəyyənləşdirmiş, bu sahədə ardıcıl profilaktik və maarifləndirmə tədbirləri həyata keçirir. Yetkinlik yaşına çatmayanlar arasında narkomaniyanın qarşısının alınması məqsədilə məktəblərdə mütəmadi olaraq təbliğat işləri aparılır, valideynlər, pedaqoqlar və yeniyetmələr arasında məlumatlandırıcı söhbətlər keçirilir.

Qeyd olunmuşdur ki, narkotik vasitələrə meyillilik çox zaman məlumatsızlıq, psixoloji dayanıqsızlıq, ictimai nəzarətin zəif olması və mənfi sosial mühitdən qaynaqlanır. Buna görə də hər bir ailə, təhsil müəssisəsi və ictimai qurum gənclərin sağlam şəkildə formalaşmasına xüsusi diqqət yetirməlidir.

Tədbirin sonunda iştirakçılar narkomaniyadan qorunma yolları barədə suallarını səsləndirmiş, müvafiq qurumların nümayəndələri tərəfindən onlara ətraflı məlumat verilmişdir.

Sahil bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər