İcra hakimiyyətlərində bəzi şöbələr ləğv edilir
Bakı şəhərinin Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı,
Binəqədi, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal rayonlarının icra
hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu yenilənir.
Qaynarinfo-xəbər verir ki, icra hakimiyyətlərində bir sıra
şöbələr ləğv edilərək sektorlarla əvəzlənib. Bundan başqa, bəzi şöbələr birləşdirilib
və həmin şöbələrə rəhbərliyi icra başçılarının müavinləri həyata keçirəcək.
Başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər
şöbəsinin müdirinə tabe olacaq sektorlar bunlardır:
- Ərazi-təşkilat məsələləri sektoru
- Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili
sektoru
-
İctimai-siyasi və humanitar məsələlər sektoru
Başçının
müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin
müdirinə tabe olacaq sektorlar isə aşağıdakılardır:
-
Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoru
-
Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoru
Sənədlərlə
və vətəndaşların müraciətləri ilə iş şöbəsi, habelə hüquq və inzibati işlər şöbəsi
ləğv edilib və onların bazasında Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və
inzibati işlər şöbəsi yaradılıb. Yeni şöbəyə tabe olacaq sektorlar:
- Sənədlərlə
və vətəndaş müraciətləri ilə iş sektoru
- Hüquq və
kadr məsələləri sektoru
Qeyd edək ki, icra hakimiyyəti başçısının şəhər və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturunda da dəyişikliklər edilib. Bu barədə müvafiq Fərman imzalanıb. Fərmana əsasən, bütün dəyişikliklər iki ay ərzində tamamlanacaq. İxtisar olunan əməkdaşlar Dövlət İmtahan Mərkəzi vasitəsilə müvafiq dövlət qurumlarında işlə təmin ediləcəklər.
QAYNARİNFO.AZ
Rəylər
0 Rəy