Tədbir həmdə Biləcəri bələdiyyəsinin təşkilatçılığı ilə keçirilib
8 dekabr 2025-ci il tarixində Binəqədi rayonu, Vüqar Əvəzov adına 300 №-li tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin və Biləcəri Bələdiyyəsinin təşkilatçılığı ilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kompaniyası” çərçivəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən “Gələcəyimizi şiddət və asılılıqdan qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin məsləhətçisi
Həsən Əliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc
Süleymanova, Biləcəri Bələdiyyəsinin sədri Fərid Cəfərov, Rayon Polis İdarəsinin
6-cı Polis bölməsinin rəis müavini polis polkovnik-leytenantı Rəşad Rəcəbov,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı
Şahin İsmayılov, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri
Mehriban Zeynalova, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Bakı Narkoloji Mərkəzinin
əməkdaşı-sosioloq Fidan Ataxanlı, 6 № li Uşaq-Gənclərin İnkişaf Mərkəzinin rəhbəri
Ziyat Nəbiyev, V.Əvəzov adına 300 № li tam orta məktəbin direktoru İradə Xəlilova,
müəllimlər və 300 nəfərə yaxın şagirdlər iştirak etdilər.
Görüşdən öncə
qonaqlar məktəblilərin rəsm işlərindən ibarət sərgi ilə tanış oldular.
Tədbir ümummilli
lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid
olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılmışdır.
Qonaqları
salamlayaraq maarifləndirici tədbirin təşkili üçün dövlət qurumlarına təşəkkürünü
bildirən məktəb direktoru İradə Xəlilova tədbiri açıq elan etmişdir.
Daha sonra çıxış
edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və
uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri Sevinc Süleymanova qeyd
etdi ki, ölkəmizdə qadınların cəmiyyətdə rolunun güclədirilməsi ümummilli lider
Heydər Əliyevin siyasi xəttinin prioritet istiqamətlərindən biri olmuşdur. Cənab
Prezident İlham Əliyevin bu sahədəki qərar və sərəncamları, Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələri, cəmiyyəti bu
problemlə mübarizəyə daha yaxından səfərbər etmək naminə müntəzəm təşəbbüsləri
və müsbət nəticələrin əsas hərəkətverici qüvvəsi olduğunu bildirən
S.Süleymanova insanın xoşbəxtliyinin onun qazandığı dəyərə bağlı olduğunu ifadə
etmişdir. Əgər ailədə böyüyən uşaq evdə özünü təhlükədə hesab edirsə, başqa
mühitə və şəxslərə üz tutur. Təəssüf ki, o zaman bu uşaqların riskli və təhlükəli
hadisələrlə qarşılaşdığını bildirən S.Süleymanova bu kimi problemlərin həllində,
maarifləndirmə işlərinin aparılmasının vacibliyini birdaha vurğulamışdır.
Növbəti çıxış edən
əməkdaşlar, Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin məsləhətçisi Həsən
Əliyev, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı
Şahin İsmayılov, İctimai Birliyinin sədri Mehriban Zeynalova, Narkoloji Mərkəzin
əməkdaşı-sosioloq Fidan Ataxanlı çıxışlarında qeyd etdilər ki, genefondumuzun
sağlamlığı, böyüməkdə olan gənc nəslin yüksək ideallar ruhunda tərbiyəsi,
xalqımızın adət-ənənələrinə, mənəvi-etik dəyərlərinə hörmət naminə ölkənin
müvafiq qurumları, qeyri-hökumət təşkilatları, bu məsələdə əsl vətəndaş təəssübkeşliyi
ilə səylərini əsirgəməməli, "ağ ölüm"ə birdəfəlik yox deməliyik.
Daha sonra, bələdiyyə
sədri Fərid Cəfərov çıxışında bildirmişdir ki, biz hər zaman inkişafa doğru
atılan addımlar barəsində danışırıq, lakin təəssüflər olsun ki, bizlərdə, öz cəmiyyətimizdə
digər cəmiyyətlərdə mövcud olan narkomaniya və şiddət problemlərinin şahidi
oluruq.
Bunların nəticələri
hər zaman ağır olur, çünki ortada bir insan taleyindən bəhs olunur. Burada
insanların öz fərdi məsuliyyət anlayışınının formalaşması, həyatları barəsində
verdikləri belə zərərli qərarların təkcə onların öz həyatlarını məhv etdiyini
deyil, bütövlükdə bir ailənin faciəsinə çevrildiyini anlaması ən vacib məqamlardandır.
Aparılan mübarizə
işlərində hər bir vətəndaş fəallıq göstərməlidir. Xüsusilədə, yeniyetmə və gənclərin
bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya, eləcə də,
şiddətə qarşı müqaviməti xeyli artırır.
Dövlətimiz tərəfindən
müxtəlif istiqamətlərdə aparılan bucür profilaktik tədbirlər və görülən işlər nəticəsində
həm indiki, həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün şərait
yaradılır.
Doğrudur, bugün bələdiyyə
dedikdə insanların əksəriyyətinin ağlına torpaq, vergi bu tipli məsələlər gəlir.
Amma bələdiyyələr fəaliyyət göstərdikləri ərazilərdə yaşayan vətəndaşların
sosial həyatındada daima aktiv olurlar. Beləki, bələdiyyələr hər zaman Bələdiyyə
İş Baş İdarəsinin tövsiyəsi əsasında dövlətimizdə aparılan sosial yönümlü siyasətdə
yer almağa çalışmışdır.
Biləcəri Bələdiyyəsidə,
bu sahədə xüsusiylə uşaq siyasəti sahəsində müəyyən işlər həyata keçirmişdir.
Nümunə kimi, “1 iyun Beynəlxalq Uşaq Müdafiəsi Günü”nə həsr
olunmuş Heydər Əliyev adına İdman Konksert Kompleksində baş tutan tədbirdə şəhid,
qazi övladları, eləcə də aztəminatlı ailələrin övladları olmaqla ümumilikdə
50-dən çox uşağın iştirakı ilə əyləncəli tədbir təşkil edilmişdir.
F.Cəfərov bundan əlavə
qeyd etmişdir ki, qəsəbə sakinləri-bələdiyyə münasibətlərinin yaxınlaşması,
güclənməsi məqsədilə bələdiyyə olaraq qarşıdakı illərdə bu kimi sosial problemlerin həllini ehtiva edən
işlərin, profilaktik tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Çıxışlardan sonra,
tədbirdə 6 № li Uşaq-Gənclərin İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında
kiçik səhnəcik nümayiş olundu.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.
Rəylər
0 Rəy