Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-12-2025 , 13:49

1586

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bəylər Həsənov: “Büdcə vəsaitlərinin həcmini 44 faiz artırsaqda bu son hədd deyil”

 “Binəqədi  qəsəbə bələdiyyəsi olaraq əsas vəzifəmiz seçicilər arasında bələdiyyənin çəki və nüfuzunu artırmaqdan ibarətdir”- bu fikrləri Belediyye.infoya deyən sədr Bəylər Həsənov qeyd edib ki, “bu vəzifənin öhdəsindən gəlmək üçün bələdiyyənin maliyyə durumunu, o cümlədən əvvəlki illərdən yığılıb qalmış borcları bağlamaq tələb olunurdu.”

Sədr qeyd edib ki, bələdiyyə qulluqçularına, habelə bələdiyyənin vergi xidmətinin əməkdaşlarının fəaliyyətləri üçün lazımi şərait yaratmaqla, habelə təkmilləşdirilmiş   BAMS proqramının verdiyi imkandan yararlanaraq bələdiyyənin bu günədək yığılıb qalmış borcları bağlanılmışdır. Üst-üstə bu borcun həcmi 130 min manata yaxın idi. Onun da 38 min manatı DSMF olan borc idi. Digər qurumlara və əməkhaqqı üzrə olan borclar bu gün qəpiyinədək bağlanmışdır. Nəticədə bələdiyyənin bank hesabı açıq olduğundan artıq sakinlərin qaldırdığı  məsələləri diqqətdə saxlaya biləcəyik.

Bir məqama da toxunan sədr Bəylər Həsənov bildirib ki, 2024-cü ilin dekabr ayının 17 günü ərzində əgər 14 min manat əldə edilmişdirsə, cari ilin 17 günü ərzində bu rəqəm 25 min manata yaxın olub.  Hər halda ümumi büdcə gəlirlərində 44 faizlik artım ümumi rəqəmlə hesablasaq 100 min manatdan artıq vəsait deməkdir.

Müvafiq qanunvericiliyiə edilən dəyişikliyə əsasən 2027-ci ildən artıq bildirişlərin onlyan qaydada verilməsinə başlanılacaqdır. Bu gün  vergi xidməti bu sistemin tətbiqinə ciddi hazırlaşır. BAMS da təkrar və yalnış məlumatların dürüstləşdirilməsi aparılır. Bu prosesdə sözsüz ki, vaxt aparır. Lakin bütün bu çətinliklərə baxmayaraq bələdiyyənin kollektivi daha böyük zirvələri fəth etməyə hazırdır. Əldə olunan nailiyyət isə bütün hallarda kollektivin birgə səyi ilə əldə olunub.  

Binəqədi qəsəbəsi paytaxtın  ərazi və əhali baxımından ən böyük yaşayış məntəqələrindəndir. Xəritəmizin hələ də verilməməsi, mülkiyyətə əmlak və torpağın verilməməsi, üstəlik ərazidə çoxsaylı sənədsiz əmlakın olması bələdiyyənuin büdcə daxilolmalarına ciddi şəkildə təsir edir. Hər halda bələdiyyənuin əsas vəzifəsi həm də əldə etdiyi maliyyə vəsaiti ilə sakinlaər qaldırdığı məsələlərin həllinə nail olmaqdır.

Lakin büdcə vəsaitlərinin həcmini 44 faiz artırsaqda, bu son hədd deyil. Hazırda bələdiyyə üçün dayanıqlı maliyyə mənbəyinin yaradılması barədə müzakirələr aparırıq.  Son günlərdə bələdiyyənin növbəti il üçün təsdiq etdiyi büdcə layihəsinin müzakirəsi zamanı da bu məsələyə də ciddi diqqət yetirilib.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
724