Əlfəddin Həsənov: “Hədəfimiz büdcə gəlirlərini 300 min manata çatdırmaqdır”
“Sabunçu bələdiyyəsinin növbəti il üçün təsdiq etdiyi büdcə layihəsində gəlirlərin həcmini 248 min manat nəzərdə tutsa da hədəfimiz 300 min manatdır”- bu fikirləri bələdiyyənin sədr müavinləri Hüseyn Nəcəfov, Çingiz Vəlizadə və baş mühasib Bəşarət Qurbanov, habelə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin iştirakı ilə keçirilən görüşdə adıçəkilən bələdiyyənin sədri Əlfəddin Həsənov bildirib.
Sədr
görüşdə qeyd edib ki, cari ildə büdcə gəlirlərində 18 faizədək artım müşahidə
olunub. Sədr xatırladıb ki, hazırda ay ərzində
ortalama 18-20 min manat vergi toplanır. Bu rəqəmə çatınca bələdiyyənin
kollketivi ciddi şəkildə çalışıb və ortalığa konkret iş qoyub.
Bu
gün bələdiyyədə ən müasir standartlara cavab verən vergi-uçot sistemi qurulub. Ərazidə bütün təsərrüfatlar artıq qeydiyyatda salınaraq BAMS proqramına əlavə
edilib. Yenilənmiş BAMS proqramı bələdiyyəyə
“qol-qanad” açmağa tam şəkildə imkan
verməkdədir. Əvvəlki illərdə BAMS -da
olan yalnışlıqlar artıq aradan qaldırılmaqdadır.
Görüşdə
sədr bələdiyyədə istər vergi xidməti əməkdaşlarının
istərsə də, bələdiyyə qulluqçularının fəaliyyəti üçün tan şərait yaradıldığını
qeyd edərək, məhz bu cür sistemli fəaliyyətin
nəticəsidir ki, Sabunçu bələdiyyəsinin büdcə gəlirləri 2019-ci illə müqayisədə
dörd dəfəyə qədər artmışdır.
Belə
ki, bələdiyyənin büdcə gəlirləri 2019-ci ildə 78 min manat olmuşdursa, bu göstərici
ilbəil artaraq 2025-cü ilin 242 min manata çatdırılmışdır. Bu illər ərzində
bələdiyyənin ən böyük uğuru isə 2020-ci ilədək bələdiyyənin əvvəl ki illərdən
yığılıb qalmış 90 min manatlıq DSMF
borcu borcu bağlanmış və nəticə etibari ilə artıq qəsəbə ərazisində ciddi layihələr
icra edilməkdədir.
Bələdiyyənin
vergi xidməti avqust ayında 21.5 min
manat, sentyabr ayında 19 min , oktyabr və noyabr aylarında 20 min manat və
dekabr ayında da artıq bu rəqəmə çatmaq üzrədir.
Bələdiyyə
bir neçə il əvvəl dayanıqlı maliyyə mənbəyi kimi balansında olan qəbirstanlıqda
subvensiya layihəsi çərçivəsində məzar
daşı sexi istifadəyə verilib. Hər il bələdiyyənin büdcə daxilolmalarının 4-5
faizi məhz bu istiqamətdən daxil olur. Əsas məqsədimiz əldə etdiyimzi gəlirlərlə
bu sahənin inkişafına nail olaq.
Sədr
görüşdə onu da etiraf edib ki, hər bir layihənin icrasında Sabunçu RİH-in dəstəyini hiss edirik.
Sədr
görüşdə yerli büdcənin gəlirlərinin artımının, davamlılığın və şəffaflığın təmin
edilməsi məqsədi ilə mütəmadi olaraq vətəndaşlarla səyyar görüşlər
keçirildiyini də qeyd etməyi unutmayıb.
Bələdiyyə
tərəfindən sosial məsələlərə, o cümlədən, aztəminatlı ailələrə, xüsusilə şəhid
və qazi ailələrinə daha çox diqqət yetirilməkdədir. Bundan başqa fəaliyyət
dövrümüzdə Sabunçu bələdiyyəsinin inzibati ərazisində yaşayan şəhid
və qazi ailələrinə, aztəminatlı və əhalinin həssas təbəqəsinə bələdiyyə
tərəfindən milli bayramlar və əlamətdar
tarixi günlərdə ərzaq sovqatları və maddi yardımlar edilməkdədir.
Sonda
iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.
Belediyye.info
Rəylər
0 Rəy