Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-12-2025 , 21:24

1523

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

ABMA-nın təşkilatçılığı ilə Əmlak Məsələləri Dövlət Xidmətində görüş keçirilib

Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasında keçirilən görüşdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş idarəsinin, Azərbaycan Qiymətləndiricilər Palatasının, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının nümayəndələri və Sumqayıt, Gəncə şəhərinin Nizami, Mingəçevir, Şabran, Sabirabad, Abşeron rayonunun Məmmədli, Quba rayonunun Qırmızı Qəsəbə, Saatlı rayonunun Saatlı və Qara Nuru bələdiyyələrinin sədrləri iştirak ediblər.

Görüşdə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin idarə edilməsi zamanı bazar dəyərinin müəyyənləşdirilməsi prosesində rast gəlinən hüquqi, metodoloji və praktiki problemlər geniş müzakirə olunub. Eyni zamanda mövcud olan normativ-hüquqi bazanın təkmilləşdirilməsi, qiymətləndirmə mexanizmlərində şəffaflığın artırılması və bələdiyyələrin bu sahədə imkanlarının gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Görüşün yekununda qaldırılan məsələlər üzrə təkliflərin aidiyyəti qurumlara təqdim edilməsi barədə razılıq əldə edilib.

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər