Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-12-2025 , 00:50

960

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə sədri: “Maştağa qəsəbəsində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti işlər görülüb”

“Kollektiv vətəndaş müraciəti əsasında Maştağa bələdiyyəsi tərəfindən cari ilin dekabr ayında Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən Daş karxanası yaşayış massivində, Mehdi Hüseynzadə küçəsi üzrə yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə müvafiq işlər həyata keçirilmişdir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov deyib.

Sədr qeyd edib ki, həyata keçirilən işlər çərçivəsində ümumilikdə 2380 kvadrat metr yol sahəsində hamarlama aparılmış, yol səthi bərabərləşdirilmiş və çınqıl materialı yayılaraq mövcud vəziyyətin yaxşılaşdırılması təmin olunmuşdur. Görülən tədbirlər nəticəsində yolun hərəkət üçün yararlılığı artırılmış, sakinlərin gündəlik gediş-gəlişi daha rahat və təhlükəsiz hala gətirilmişdir.

Sədr eyni zamanda qeyd edib ki, Maştağa bələdiyyəsinin vətəndaş müraciətlərinə operativ və həssas yanaşmasının, eyni zamanda qəsəbə ərazisində mərhələli şəkildə yol təsərrüfatının yaxşılaşdırılması istiqamətində görülən ardıcıl tədbirlərin tərkib hissəsidir. Maştağa bələdiyyəsi bundan sonra da yaşayış massivlərində infrastrukturun təkmilləşdirilməsi, yol şəraitinin yaxşılaşdırılması və sakinlərin rahatlığının təmin olunması məqsədilə müvafiq işlərin davam etdirilməsini nəzərdə tutur.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər