Badamdar bələdiyyəsi Yeni il şənliyini körpələr evi–uşaq bağçasında keçirib
Səbail rayonu, Badamdar bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbədə yerləşən “Könül” körpələr evi–uşaq bağçasında Yeni il şənliyi keçirilmişdir. Bayram tədbirində Kukla Teatrı tərəfindən nağıl səhnələşdirilərək uşaqlar üçün xüsusi əyləncə proqramı təqdim olunmuş, müxtəlif nağıl qəhrəmanları və Şaxta baba–Qar qızın iştirakı ilə maraqlı çıxışlar nümayiş etdirilmişdir.
Balacaların iştirakı ilə şeirlər söylənilmiş, mahnılar səsləndirilmiş və rəqslər təqdim olunmuşdur. Tədbirin sonunda uşaqlara Yeni il hədiyyə qutuları təqdim edilmişdir.
Badamdar Bələdiyyəsi gələcəyimiz olan uşaqlara diqqət və qayğını daim əsas prioritetlərindən biri kimi dəyərləndirir.
Rəylər
0 Rəy