Təmraz Tağıyev: “Bu gün qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılmasına zəruriət yaranıb”
“Qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması təklif edilib”.
Belediyye.info
xəbər verir ki, bu təkliflə dünən Milli Məclisin Regional məsələlər komitəsinin iclasında
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz
Tağıyev çıxış edib.
Təmraz Tağıyev deyib ki, yerli vergilərin tarif dərəcələri son 25 il ərzində dəyişdirilməmiş qalmışdır. Məhz
bu səbəbdən bələdiyyələrin əldə etdiyi vergilərin həcmi bir çox hallarda aşağı
səviyyədə olur. Bu gün Nərimanov
rayonunda 1000 kv metr qeyri-yaşayış sahəsində yerləşən bir ticarət mərkəzi
obyekt sahibinə ayda 25 min manat icarə haqqı, bələdiyyəyə isə ildə bir dəfə olmaqla cəmi 500 manat ödəyir, ancaq onu da bəzən ödəməkdən yayınır.
Sədr qeyd edib ki, qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılmasına bu gün zəruriət yaranıb. Bu tariflərin artırılması irihəcmli dövrüyyəsi olan obyektlərə elə də ciddi təsir etməyəcək, ancaq bələdiyyələrin büdcəsinə çox böyük gəlir gətirə bilər. İstənilən halda əldə edilən əlavə maliyyə vəsaiti məhz rayon ərazisində vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldillir.
Belediyye.info
Rəylər
1 Rəy
İslam Abayev
17-01-2026, 1 ay əvvəl
Tamamilə doğru deyirsiz
Cavabla