Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-01-2026 , 11:45

1159

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: “Bu gün qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılmasına  zəruriət yaranıb”

Qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması təklif edilib.

Belediyye.info xəbər verir ki, bu təkliflə dünən Milli Məclisin Regional məsələlər komitəsinin iclasında Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev çıxış edib.

Təmraz Tağıyev deyib ki, yerli vergilərin tarif dərəcələri son  25 il ərzində dəyişdirilməmiş qalmışdır. Məhz bu səbəbdən bələdiyyələrin əldə etdiyi vergilərin həcmi bir çox hallarda aşağı səviyyədə olur. Bu gün  Nərimanov rayonunda 1000 kv metr qeyri-yaşayış sahəsində yerləşən bir ticarət mərkəzi obyekt sahibinə ayda 25 min manat icarə haqqı, bələdiyyəyə isə ildə bir dəfə  olmaqla cəmi 500 manat ödəyir, ancaq  onu da bəzən ödəməkdən yayınır.

Sədr qeyd edib ki, qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılmasına  bu gün zəruriət yaranıb. Bu tariflərin artırılması irihəcmli dövrüyyəsi olan obyektlərə elə də  ciddi təsir etməyəcək, ancaq bələdiyyələrin büdcəsinə çox böyük gəlir gətirə bilər. İstənilən halda əldə edilən əlavə maliyyə vəsaiti məhz rayon ərazisində vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldillir.

Belediyye.info 

Rəylər

1 Rəy

İslam Abayev

17-01-2026, 1 ay əvvəl

Tamamilə doğru deyirsiz

Cavabla

Rəy yaz

Oxşar xəbərlər