Kamandar Zeynalov: “Biz bu layihələri icra etməklə həm də seçicilərə verdiyimiz sözü tutmuş oluruq”
“Vətəndaş məmnunluğunun təmin edilməsi üçün kollektivin hər bir üzvü müraciətə diqqətlə yanaşmalı və problemin aradan qaldırılmasına səy göstərməlidir”- bu fikriləri Belediyye.infoya Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin sədri Kamandar Zeynalov deyib.
Sədrin
sözlərinə görə, bələdiyyə hər bir vətəndaş müraciətinə həssaslıqla yanaşır və
bunun üçün isə ilk növbədə büdcə gəlirlərini artırmağa çalışır. Hər bir atılan
addım, hər bir problemin həli sonda maliyyə tələb edir.
Cari
ildə güclü yağışlar nəticəsində bir küçədə subasma olmuşdu. Vətəndaş müraciətinə
əsasən əraziyə baxış keçirilmiş və müraciət bələdiyyə iclasına çıxarılaraq
problemin aradan qaldırılması üçün müvafiq
addımların atılması qərara alınmışdır.
Artiq
bu gün Bilgəh qəsəbəsi, Hacıağa Dadaşov (keçmiş XX Qurultay küçəsi) küçəsində
yaranmış vəziyyət aradan qaldırılmış ərazidən su çəkilmiş, çınqıl tökülərək bərkitmə
işləri aparıldıqdan sonra əraziyə asfalt qatı vurulmuşdur.
Sədr
daha sonra qeyd edib ki, müvafiq orqanların müraciətinə əsasən ərazidə avtobus
dayanacaqlarının təşkilinə də bələdiyyə öz dəstəyini göstərmiş və dörd ünvan
üzrə görülən işlərə dəstək göstərmişdir.
Bilgəh bələdiyyəsi olaraq əsas vəzifəmiz bu gün xalqa xidmətdən keçir. Biz bu addımlarla, bu layihələri icra etməklə həm də seçicilərə verdiyimiz sözü tutmuş oluruq.
Belediyye.info
Rəylər
0 Rəy