Tahir Məmmədov: “Şəhid ailələri daim həm Yasamal RİH -in, həm də bələdiyyənin diqqət mərkəzindədir”.
“Yasamal rayon icra hakimiyyətinin təşəbbüsü və Yasamal bələdiyyəsinin təşkilatçılığı ilə rayon ərazisində şəhid ailələri ziyarət olunub və qarşıdan gələn bayramlar münasibətilə ərzaq sovqatları çatdırılıb”- bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin sədri Tahir Məmmədov deyib.
Sədrin
sözlərinə görə, şəhid ailələri daim həm Yasamal RİH -in həm də bələdiyyənin diqqət
mərkəzindədir. Bələdiyyə tərəfindən həyata keçirilən layihələr çərçivəsində daim
şəhid ailələri ilə görüşlər keçirilir.
Görüşlərdə onları narahat edən məsələlər və həlli yolları müzakirə edilir. Bələdiyyədən
asılı olan məqamlar dərhal öz həllini tapır, şəhid ailələrinin qaldırdıqları məsələlər
bələdiyyəyə aid olmadıqda, onların müraciətləri digər strukturlara yönləndirilir və həlli bələdiyyənin
diqqət mərkəzində saxlanılır.
Hər bir
görüşdə şəhid ailələri onlara dövlət və bələdiyyə tərəfindən göstərilən qayğı və
diqqətə təşəkkürlərini bildirməyi unutmurlar.
Yasamal bələdiyyəsi olaraq bundan sonra da bu mövzu daim diqqətdə saxlanılacaq.
Rəylər
0 Rəy