Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-12-2025 , 10:47

1001

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Tahir Məmmədov:  “Şəhid ailələri daim həm Yasamal RİH -in, həm də bələdiyyənin diqqət mərkəzindədir”.

Yasamal rayon icra hakimiyyətinin təşəbbüsü və Yasamal bələdiyyəsinin təşkilatçılığı ilə rayon ərazisində şəhid ailələri ziyarət olunub və qarşıdan gələn bayramlar münasibətilə ərzaq sovqatları çatdırılıb”- bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin sədri Tahir Məmmədov deyib.

Sədrin sözlərinə görə, şəhid ailələri daim həm Yasamal RİH -in həm də bələdiyyənin diqqət mərkəzindədir. Bələdiyyə tərəfindən həyata keçirilən layihələr çərçivəsində daim şəhid ailələri  ilə görüşlər keçirilir. Görüşlərdə onları narahat edən məsələlər və həlli yolları müzakirə edilir. Bələdiyyədən asılı olan məqamlar dərhal öz həllini tapır, şəhid ailələrinin qaldırdıqları məsələlər bələdiyyəyə aid olmadıqda, onların müraciətləri  digər strukturlara yönləndirilir və həlli bələdiyyənin diqqət mərkəzində saxlanılır.

Hər bir görüşdə şəhid ailələri onlara dövlət və bələdiyyə tərəfindən göstərilən qayğı və diqqətə təşəkkürlərini bildirməyi unutmurlar.

Yasamal bələdiyyəsi olaraq bundan sonra da bu mövzu daim diqqətdə saxlanılacaq.

Belediyye.info





Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Elxan Oqtay oğlu İbrahimov kimdir?


Bakı
12-11-2025
1658