Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-01-2026 , 17:25

1223

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Tehran Rəhmanov:  “Cari ildə  vergi yığımının həcmini 100 min  manata çatdırmaq niyyətindəyik”


“Yola saldığımız 2025-ci il  bələdiyyəmiz üçün uğurlu sayıla bilər”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Türkan bələdiyyəsinin sədri Tehran Rəhmanov deyib.

Sədr qeyd edib ki, Türkan bələdiyyəsi tərəfindən 36.126 manat torpaq vergisi və 31.168 manat əmlak vergisi olmaqla, cəmi 67.295 manat vergi yığılmışdır. Bu bələdiyyənin formalaşdığı dövrdən bəri ən yüksək göstəricisi hesab olunur. Dövlət tərəfindən ayrılan dotasiyanı da əlavə etsək bələdiyyə büdcəsinin gəliri 2025-ci ildə 77.295 manat olub.

Tehran Rəhmanov bildirib ki, bu gün bələdiyyənin əsas gəlir mənbəyi torpaq və əmlak vergisidir.Bu vergilərin yığılmasını sürətləndirmək və daha çox vəsaitin büdcəyə daxil olması üçün ƏMDX-dən çıxarışlar alınmışdır.Həmin çıxarışların alınması üçün isə 4.487 manat vəsait ƏMDX-nin hesabına köçürülmüşdür. Nəticə isə göz önündədir.

 Əldə olunan vəsaitlə qəsəbə ərazisində abadlıq və təmir işləri aparılmış, bununla yanaşı qəsəbə ərazisində yerləşdirilmiş məişət tullantıları qutularının ətrafının səliqəli saxlanılması üçün bələdiyyə tərəfindən bardurlar alınmış və qutuların ətrafında quraşdırılmışdır.

Ötən il ərzində Türkan bələdiyyəsi tərəfindən qəsəbə ərazisində sanitar vəziyyət daim nəzarətdə saxlanılmış, Dənizkənarı küçəsində, qəbirstanlıq ərazisində və başqa yerlərdə qalaqlanmış məişət tul-lantılarının yığılıb məhv edilməsi təşkil edilmişdir.

Türkan bələdiyyəsinin gördüyü işlərin bir istiqaməti də qəsəbədəki şəhid ailələrinin,müharibə veteran-ları və və müharibə əlillərinin, qazilərin, imkansız ailələrin sosial problemlərinə həssaslıqla yanaşmaq və bu problemlərin həlli üçün tədbirlər həyata keçirmək olmuşdur.

Ancaq həyata keçirilən layihələrin hər biri maliyyə tələb edir. Bu tədbirlərin daha layiqli həyata keçilməsi  üçün bələdiyyənin vergi xidməti BAMS-ın yaratdığı imkanlardan istifadə etməyə çalışır. Cari ildə vergi xidməti vergi yığımının həcmini 100 min manata çatdırmaq niyyətindədir. Lakin ərazidə kifayət qədər  sənədsiz əmlakın olması bizi büdcə gəlirlərimizi daha yüksək rəqəmə çatdırmağa imkan vermir.

Bütün bu çətinliklərə baxmayaraq biz sakinlərə xidmətdəyik. Bu xidməti də layiqincə etmək üçün bütün qüvvəmizi səfərbər etmişik. 

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
723