Tehran Rəhmanov: “Cari ildə vergi yığımının həcmini 100 min manata çatdırmaq niyyətindəyik”
“Yola saldığımız 2025-ci il bələdiyyəmiz üçün uğurlu sayıla bilər”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Türkan bələdiyyəsinin sədri Tehran Rəhmanov deyib.
Sədr
qeyd edib ki, Türkan bələdiyyəsi tərəfindən 36.126 manat torpaq vergisi və 31.168
manat əmlak vergisi olmaqla, cəmi 67.295 manat vergi yığılmışdır. Bu bələdiyyənin
formalaşdığı dövrdən bəri ən yüksək göstəricisi hesab olunur. Dövlət tərəfindən
ayrılan dotasiyanı da əlavə etsək bələdiyyə büdcəsinin gəliri 2025-ci ildə 77.295
manat olub.
Tehran
Rəhmanov bildirib ki, bu gün bələdiyyənin əsas gəlir mənbəyi torpaq və əmlak
vergisidir.Bu vergilərin yığılmasını sürətləndirmək və daha çox vəsaitin büdcəyə
daxil olması üçün ƏMDX-dən çıxarışlar alınmışdır.Həmin çıxarışların alınması
üçün isə 4.487 manat vəsait ƏMDX-nin hesabına köçürülmüşdür. Nəticə isə göz
önündədir.
Əldə olunan vəsaitlə qəsəbə ərazisində abadlıq
və təmir işləri aparılmış, bununla yanaşı qəsəbə ərazisində yerləşdirilmiş məişət
tullantıları qutularının ətrafının səliqəli saxlanılması üçün bələdiyyə tərəfindən
bardurlar alınmış və qutuların ətrafında quraşdırılmışdır.
Ötən
il ərzində Türkan bələdiyyəsi tərəfindən qəsəbə ərazisində sanitar vəziyyət
daim nəzarətdə saxlanılmış, Dənizkənarı küçəsində, qəbirstanlıq ərazisində və
başqa yerlərdə qalaqlanmış məişət tul-lantılarının yığılıb məhv edilməsi təşkil
edilmişdir.
Türkan
bələdiyyəsinin gördüyü işlərin bir istiqaməti də qəsəbədəki şəhid ailələrinin,müharibə
veteran-ları və və müharibə əlillərinin, qazilərin, imkansız ailələrin sosial
problemlərinə həssaslıqla yanaşmaq və bu problemlərin həlli üçün tədbirlər həyata
keçirmək olmuşdur.
Ancaq
həyata keçirilən layihələrin hər biri maliyyə tələb edir. Bu tədbirlərin daha
layiqli həyata keçilməsi üçün bələdiyyənin
vergi xidməti BAMS-ın yaratdığı imkanlardan istifadə etməyə çalışır. Cari ildə
vergi xidməti vergi yığımının həcmini 100 min manata çatdırmaq niyyətindədir.
Lakin ərazidə kifayət qədər sənədsiz əmlakın
olması bizi büdcə gəlirlərimizi daha yüksək rəqəmə çatdırmağa imkan vermir.
Bütün bu çətinliklərə baxmayaraq biz sakinlərə xidmətdəyik. Bu xidməti də layiqincə etmək üçün bütün qüvvəmizi səfərbər etmişik.
Belediyye.info
Rəylər
0 Rəy