Tədbir Yasamal bələdiyyəsinin təşkilatçılığı ilə keçirilib
Yasamal bələdiyyəsində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirildi.
Yasamal
Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Yasamal bələdiyyəsinin təşkilatçılığı ilə
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə
xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirilib.
Tədbirdə
çıxış edən bələdiyyənin sədri Tahir Məmmədov Yasamal Rayon İcra Hakimiyyətinin
başçısı cənab Elşad Həsənovun salamlarını çatdırdı və 31 dekabr Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etdi.
Bayram münasibətilə uşaqlar üçün nahar süfrəsi
açılmışdır. Tədbirdə Azərbaycan Texniki Universitetində təhsil alan
türkiyəli tələbələr uşaqlar üçün musiqili-əyləncəli konsert proqramı ilə
çıxış etdilər. “Məryəm”əlil
uşaqlar ictimai birliyinin sədri İlahə Rəsulova xüsusi qayğıyaehtiyacı olan
uşaqlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirdi. Sonda
uşaqlara bayram hədiyyələri təqdim olundu. Rayon ərazisində bu kimi tədbirlər
bundan sonra da davam etdiriləcəkdir.
Yasamal
bələdiyyəsi
24.12.2025