Təmraz Tağıyev: “Nərimanov bələdiyyəsi yaşıllıqlara xidmət göstərən müəssisə yaradır”
“Hər bir bələdiyyə dayanıqlı maliyyə mənbəyinin yaradılmasına maraqlı olmalı və bu istiqamətdə qanunvericiliyin verdiyi bütün imkanlardan yararlanmalıdır”- bu fikirləri Belediyye.infoya Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib.
Sədrin
sözlərinə görə, Nərimanov bələdiyyəsi yaşıllıqlara xidmət göstərən müəssisənin
yaradılmasını qərara alıb. Bununla bağlı artıq müəssisənin yaradılması ilə
bağlı hüquqi prosedurlar həyata keçirilir.
“Nərimanov-Yaşıllıq
xidməti” adlanacaq MMC-nin əsas fəaliyyət
istiqamətləri əsasən hüquqi və fiziki şəxslərə məxsus ərazilərdə yaşıllıqlara aqrotexniki
qulluğun göstərilməsi, budanması və
götürülməsi ilə bağlı hüquqi prosedurların həyata keçirilməsi nəzərdə tutulub.
Artıq
bələdiyyənin dayanıqlı maliyyə mənbəyi kimi MMC-nin təsis edilməsi bələdiyyə
iclasında ilkin müzakirədən keçib.
Sədr
qeyd edib ki, fiziki və hüquqi şəxslərə
xidmət pullu olacaq, lakin şəhid və qazi ailələrinin müraciətləri ilə göstəriləcəj
xidmətlər pulsuz həyata keçiriləcəkdir.
Təmraz
Tağıyev deyib ki, yeni ildən fəaliyyətə başlayacaq müəssisənin hazırda texniki bazasının yaradılması ilə bağlı təkliflər müzakirə
edilməkdədir. Dayanıqlı maliyyə mənbəyi kimi yaradılacaq müəssisə həm əlavə iş yerlərinin
açılmasına, həm də yerli büdcəyə əlavə vəsaitin daxil olmasına imkan verəcəkdir.
Sədr əlavə edib ki, hazırda bələdiyyənin balansında olan yeddi hektarlıq yaşıllıq zolağında ciddi mövsümi işlər aparılır. Bundan əvvəl ərazidə vurulmuş yeddi subartezian quyusu həm yeddi hektarlıq yaşıllıq zolağına , həm də şəhərin digər ərazilərində yaşıllıq zolaqlarına xidmət göstərir.
Belediyye.info
Rəylər
0 Rəy