Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-01-2026 , 00:48

1028

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Gender Komissiyası “DANIŞ” adlı yeni ictimai-platforma təşəbbüsünə start verib

Xətai Bələdiyyəsinin Gender Komissiyası tərəfindən gender bərabərsizliyi, ailə və məişət zorakılığına qarşı mübarizə məqsədilə “DANIŞ” adlı yeni ictimai-platforma təşəbbüsünə start verilib.

Xətai Bələdiyyəsinin Gender Komissiyası tərəfindən həyata keçirilən “DANIŞ” layihəsi çərçivəsində rayon sakinlərinin müraciətlərini asanlaşdırmaq məqsədilə elan posteri Xətai bələdiyyəsinin həyətindəki elan lövhəsində yerləşdirilib. Layihə gender bərabərsizliyi və ailə-məişət zorakılığı ilə bağlı şikayət və təkliflərin birbaşa Gender Komissiyasına çatdırılmasını nəzərdə tutur.

Layihənin ideya müəllifi Gender Komissiyasının sədri Səbinə Abdullayeva, təşkilati dəstək isə Xətai Rayon Xətai Bələdiyyəsinə məxsusdur.

Gender Komissiyası hesab edir ki, zorakılıqla mübarizədə ən güclü vasitə dinləmək, inanmaq və vaxtında reaksiya verməkdir. “DANIŞ” məhz bu ehtiyacdan doğan sosial mexanizm kimi rayon sakinlərinin aktiv iştirakı ilə işləyəcək.

Layihə çərçivəsində daxil olan müraciətlər təhlil ediləcək, müvafiq qurumlara yönləndiriləcək və yerli səviyyədə gender bərabərliyinin gücləndirilməsinə yönəlik qərarların qəbulunda əsas kimi istifadə olunacaq.   

Xətai Bələdiyyəsi




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
723