Bələdiyyə sədri: “Məqsədimiz seçicilərimizə verdiyimiz sözü tutmaqdır”
“Astara bələdiyyəsinin azsaylı kollektivinin və vergi xidmətinin birgə səyi ilə ötən ilin birinci rübü ilə müqayisədə cari ilin birinci rübündə büdcə gəlirlərində yeddi dəfəyədək artım olub”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Bədi Məmmədova deyib.
Sədr qeyd edib ki, əgər ötən ilin birinci bələdiyyə cəmi 282 manatlıq vergi toplanmışdırsa, cari ildə bu rəqəm 2051 manat təşkil edib.
BAMS – proqramının verdiyi bütün imkanlardan istifadə etməklə yanaşı, vergi-uçot sistemindəki boşluqları aradan qaldırmaqla bundan sonra daha böyük nəticələri əldə etmək niyyətindəyik. Məqsədimiz seçicilərimizə verdiyimiz sözü tutmaqdır. Bunun üçün kollektivimiz var qüvvəsi ilə çalışır.
Belediyye.info
Rəylər
0 Rəy