Nərimanov bələdiyyəsi daha bir şəhid ailəsini himayəyə götürdü
“Nərimanov bələdiyyəsində şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin ailə üzvləri ilə görüş keçirilib”- bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev deyib.
Təmraz Tağıyev şəhid ailəsi ilə görüşdə Nərimanov bələdiyyəsinin hər daim şəhid və
qazi ailələrinə göstərilən diqqətdən danışaraq, bələdiyyəyə edilən müraciətlərin hər biri bələdiyyə iclasında
müsbət qarşılanaraq operatv şəkildə öz həllini tapdığını qeyd edib.
Görüşdə qeyd edilib ki, 44 gün çəkən, şanlı zəfərimizlə başa
çatan Vətən müharibəsində qəhrəmanlıq
göstərərək şəhidlik zirvəsinə ucalan zabitlərdən biri də polkovnik
-leytenant Qərib Baxşəliyev idi. Qarabağın azadlığı uğrunda tarix yazan Qəribin qəhrəmanlığı isə dövlət tərəfindən ölümündən sonra Prezident Sərəncamı ilə
"Vətən uğrunda","İgidliyə görə","Füzulinin azad
olunmasına görə","Qubadlının azad olunmasına görə" medalları ilə
təltif edilib.
Əslən Laçın
rayonundan olan polkovnik-leytenant Qərib Baxşəliyev Zəngilan istiqamətində gedən
döyüşlərdə 2020-ci ilin noyabrın 4-də şəhid
olub. O, müharibə zamanı erməni hərbçilərinin mühasirəsinə düşüb, son gülləsinə
qədər döyüşüb.
Görüşdə qeyd edilib ki, şəhid polkovnik-leytenant uzun illər
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə müəllim kimi işləyib. Bir çox hərbçilərimizin
yetişməsində Q.Baxşəliyevin böyük əməyi olub.
Görüşdə şəhid ailəsinin sosila məişət qayğıları ilə
maraqlanılmış və həlli vacib məsələlər diqqətdə saxlanılmış və şəhid ailəsini himayəyə götürmək qərara
alınmışdır.
Sədr
görüşdə daha sonra qeyd edib ki, birbaşa Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə
bağlı ən ali səviyyədə müvafiq göstərişlər verilir və bu kateqoriyadan olan
insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir
və keçirilməkdə davam edir. Bu prosesin icrasında hər bir bələdiyyə, o
cümlədən Nərimanov bələdiyyəsi öz töhfəsini verməkdədir.
Bununla bağlı sədr bildirib ki, bu günədək beş nəfər şəhid
ailəsinin üzvü Nərimanov bələdiyyəsində
işlə təmin edilmiş, 31 nəfər şəhid və qazi ailəsinə aylıq olaraq maddi dəstək
göstərilir. Bununla yanaşı yeddi nəfər şəhid ailəsinin övladına aylıq təqaüd
verilir.
Belediyye.info
Rəylər
0 Rəy