Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-12-2025 , 22:37

1268

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İsrafil Hüseynov: “Hər bir sakin  vergini vaxtında ödəmiş olsa,....”

“Buzovna bələdiyyəsi seçicilərinə verdiyi sözü tutmaq üçün var qüvvəsi ilə çalışır. Bir tərəfdən vergi yığımını sürətli şəkildə  həyata keçirir, digər bir tərəfədn əldə olunan vəsaitlə sakinlərin qaldırdığı məsələlərin həllinə çalışır” - bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri İsrafil Hüseynov deyib. 

Sədrin sözlərinə görə, məhz sakinlərin müraciətlərinə uyğun olaraq cari ildə N.Axundov küçəsi, döngə 1-də 1250 kv.metr , Ç.Mustafayev küçəsi, döngə 8-də 870 kv.metr, A.Sultanova küçəsində 2714 kv.metr, M.Lermontov küçəsində isə  410 kv.metr yeni asfalt örtüyü çəkilmişdir. Bu günlərdə isə bələdiyyə iclasının qərarı ilə Buzovna qəsəbəsi, A.Abdullayev küçəsində 1200 kv.metr yeni asfalt örtüyü çəkilib. Sədr əlavə edib ki, asfalt örtüyü tələb olunan səviyyədə çəkilməklə  sakinlərin istifadəsinə verilib. 

Sədr qeyd edib ki,  maliyyə imkanları çərçivəsində ilin sonunadək daha bir neçə küçədə bu tipli layihələrin icrasını bələdiyyə həyata keçirəcəkdir. 

Sədr həyata keçiriləcək layihələrin vaxtında icra olunması üçün sakinlərin vergiləri baxtında ödəməsindən çox asılıdır. Bütün hallarda ləngimələr olarsa qanunauyğun olaraq  hər ləngidilmiş günə dəbbə pulu hesablanacaqdır. 

Gəlin  unutmayaq ki, hər bir vergi ödəyicisi vergini vaxtında ödəmiş olsa, onların da qaldırdığı problem sürətli şəkildə öz həllini tapar.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
724