Elxan İbrahimov müavinini işdən azad etdi
Belediyye.infoya daxil olan məlumata görə, Nəsimi RİH-nin yeni təyin edilən başçısı Elxan İbrahimov müavini Ramiz Quliyevi vəzifəsindən azad edib.
RİH-də məlumatı
təsdiqləsələrdə Ramiz Quliyevin hansı səbəbdən işdən azad olunması barədə
məlumat verilmədi.
Qeyd edək ki, bundan əvvəl
icra başçısı Elxan İbrahimov müvafiq əmri ilə başçının köməkçisi Elbrus
Məmmədov vəzifəsindən azad edilmişdi.
Xatırladaq ki, noyabrın 12-si Prezident İlham Əliyevin Sərəncamı ilə Elxan
İbrahimov Nəsimi rayonunun icra başçısı təyin olunub.
İşdən azad edilən Ramiz Quliyev isə bu vəzifəyə 2021-ci il yanvar ayında təyin edilmişdir.
2024-cü ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 24 iyun 2024-cü il tarixli, 171 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.
Belediyye.info
Rəylər
0 Rəy