Təmraz Tağıyev: “Bu artımı qənaətbəxş hesab etmirik”
“Ötən ilin müvafiq dövrü ilə müqayisədə Nərimanov bələdiyyəsində
yerli vergilərinin yığımında 34 faizlik artım müşahidə olunub”-bu fikirləri
Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev deyib.
Bələdiyyənin vergi
yığımındakı artımda Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun və Azərbaycan Milli Bələdiyyə Assosiasiyalarının təşkilatçılığı əhəmiyətli
rolu olub.
Sədr bildirib ki, son illərdə BAMS-ın ƏMDX məlumat sisteminə
qoşulması, habelə SMS xidmətinin tətbiq edilməsi nəticə etibarı ilə Nərimanov bələdiyyəsinin
yerli vergi yığımının həcminə əsaslı şəkildə təsir etsə də, bu artımı hələ də qənətbəxş
hesab etmirik. Bizim vergi yığımı ilə bağlı potensialımız böyükdür. Və bu gün bələdiyyənin
vergi xidməti bütün qüvvəsini səfərbər edərək növbəti ildən daha böyük artıma
nail olmaq üçün strateji proqram üzərində işi başa çatdırıb.
Bü günlərdə bələdiyyə iclasında müzakirə edilən növbəti ilin
büdcə layihəsində də bu məqamlar nəzərə alınıb.
İnteqrasiyanın verdiyi imkandan, habelə BAMS-ın tətbiq etdiyi
yeniliklərdən düzgün şəkildə istifadə etməklə, habelə vergi-uçot sisteminin müasir tələblər səviyyəsində təkmilləşdirməklə
növbəti ildə daha böyük uğurlara imza
atmaq fikrindəyik.
Belediyye.info
Rəylər
0 Rəy