Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-12-2025 , 10:10

1381

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Seymur Rəsulov: “Büdcə gəlirlərimizi artırmaqla vətəndaşlarımizin üzləşdiyi problemlərin həllini sürətləndiririk”

“Hövsan bələdiyyəsi cari ilin  on bir ayı ərzində yerli vergilərin yığımında ötən ilki rəqəmi iki dəfəyədək artıra bilib”- bu fikirləri Belediyye.infoya Suraxanı rayonu Hövsan bələdiyyəsinin sədri Seymur Rəsulov deyib.

Sədr bildirib ki, vergi xidmətinin əməkdaşlarının, habelə   bələdiyyənin üzv və qulluqçularının birgə səyi vergi ödəyiciləri ilə davamlı görüşlərin nəticəsi olaraq ilin sonunadək qarşımıza qoyduğumuz hədəfə çata bilmişik. Nəticə olaraq,  sakinlərlə maarifləndirici görüşlərin keçirilməsi öz töhfəsini verməkdədir.

Sədr xüsusi olaraq qeyd edib ki, Suraxanı rayonu, Hövsan bələdiyyəsinə gələn hər bir vətəndaş bələdiyyədən probleminin həllinə nail olur, həm vergisini ödəmiş olur, həm də bələdiyyənin fəaliyyəti ilə yaxından tanış olaraq fəaliyyətimizi canlı şəkildə təbliğ edir.

Seymur Rəsulov qeyd edib ki, bələdiyyənin vegi xidmətinin təhlili zamanı Hövsan qəsəbəsində təxminən  15.800 çıxarışlı əmlakın olduğu müəyyən edilib. Cari ildə bu rəqəmin inteqrasiya vasitəsi lə 3.500 ə yaxın hissəsinin  sənədi alınaraq BAMS-a yerləşdirilib. Daha 2000-nin alınması üzərində iş gedir. Alınan çıxarışlar əsasən qəsəbənin bağ massivində olan əmlaklardır.

Büdcə gəlirlərimizi artırmaqla vətəndaşlarımizin üzləşdiyi problemlərin həllini sürətləndiririk.

 Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
724