Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-11-2025 , 20:53

702

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Assosiasiyanın idarə heyətinə üzv seçilənlər sırasında onlar da var

Assosiasiyanın idarə heyətinə üzv seçilənlər sırasında onlar da var

Xəbər verdiymiz kimi noyabrın 18- də Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilib. Respublikanın bütün şəhər bələdiyyələrini təmsil edən 94 nümayəndənin iştirakı ilə keçirilən yığıncaqda Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının 2023-2024-cü illərdə fəaliyyəti haqqında hesabatı, Nəzarət-Təftiş Komissiyasının hesabatı, eləcə də təşkilati məsələlər müzakirə olunub.

Cari ilin yanvar ayında baş tutmuş seçkilər nəticəsində ölkə üzrə 685 bələdiyyə yenidən formalaşıb ki, bunlardan da  98-i qəsəbə bələdiyyəsidir. Yığıncaqda Assosiasiyanın İdarə Heyətinin 15 üzvü seçilib.

İdarə Heyətinə seçilən sırasında Binəqədi rayonu.  M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov Gəngərli rayonu, Qıvraq bələdiyyəsinin sədri İlkn Məmmədov, Abşeron rayonu , Mehdiabad bələdiyyəsinin sədri Əbülfət Nuriyev, Xətai rayonu, Əhmədli bələdiyyəsinin sədri Allahverdi Həsənli, Sumqayıt şəhəri,  Hacı  Zeynəlabdin bələdiyyəsinin sədir Əsli Qasımova, Sabunçu rayonu, Zabrat bələdiyyəsinin səri Nailə Nəsirova, Xəzər rayonu, Mərdəkan bələdiyyəsinin sədri Mirbaba Hüseynov,  Goranboy rayonu, Aşağı Ağcakənd bələdiyyəsinin sədri Altun  Quluyev,  Səbail rayonu, Badamdar bələdiyyəsinin sədri Seymir Həsənov, Suraxanı rayonu,  Zığ bələdiyyəsinin sədri Arzu Aslanova, Astara rayonu, Ərçivan bələdiyysinin sədri Mehman Quliyev,  Beyləqan rayonu, Örənqala bələdiyyəsinin sədri Çingiz Nağıyev, Quba rayonu, Qırmızı qəsəbə bələdiyyəsinin sədri  Yafo Yevdayeva, Ağdam rayonu,  Quzanlı bələdiyyəsinin sədri Rauf Məhərrəmov, Şəmkir rayonu, Çinarlı bələdiyyəsinin sədri Arzu Qafarov və Şəki rayonu, Turan bələdiyyəsinin sədri Leyla Lətifova seçiliblər.

Sonra seçilmiş sədrin təklifi əsasında Assosiasiyanın 3 müavini müəyyən olunub.  Yığıncaqda Hümbət Hüseynov İdarə heyətinin sədri, Gəngərli rayonu, Qıvraq bələdiyyəsinin sədri İlkn Məmmədov, Abşeron rayonu, Mehdiabad bələdiyyəsinin sədri Əbülfət Nuriyev Xətai rayonu, Əhmədli bələdiyyəsinin sədri Allahverdi Həsənli  sədr müavini  seçiliblər.

Assosiasiyanın nəzarət -təftiş komissiyasına Sabunçu rayonu, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova, Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov,  Xəzər rayonu, Türkan bələdiyyəsinin sədri Tehran Rəhmanov, Binəqədi rayonu, Biləcəri bələdiyyəsinin sədri Fərid Cəfərov seçiliblər.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ağdaşdan "bir fırtına" keçdi...


Gündəlik Xəbərlər
29-08-2025
1084

Özünüzü yığışdırın, ayıbdır!!! CİDDİ

Gündəlik Xəbərlər
26-08-2025
1421

RİH-lərin ləğvi zəruriətə çevrilsə də...

Gündəlik Xəbərlər
18-08-2025
1820