Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-11-2025 , 19:00

690

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Səslənən fikirlər müşahidələrimə  söykənir: BAYRAM TƏBRİKİ!!!

Bu gün Ədliyyə işçilərinin peşə bayramıdır. 107 yaşları tamam olur. Hər il olduğu kimi, bu ildə, ötən dövr ərzindəki fəaliyyətə nəzər salmaqla  bu sahədə çalışanlara, xüsusəndə yaxından tanıdığım dostlara arzularımı çatdırmaq istərdim. Ötən bir il ərzində mənim üçün daha yaxın olan nazirliyin Bələdiyyələrlə iş Baş idarəsi və regional idarələri barəsində fikirlərimi qısa şəkildə  bildirmək istərdim.

Bütün hallarda nazirliyin bu qurumları həqiqətən ciddi şəkildə, bacardıqlarından da artıq   fəaliyyətdədirlər. Bələdiyyələrə metodiki tövsiyə və inzibati nəzarəti həyata keçirmək, üstəlik cari ildə birləşdirmə ilə bağlı işlərin öhdəsindən gəlmək deyərdim ki, "hər oğulun" işi deyil.

Birləşdirmə komissiyalarındakı fəaliyyət, bələdiyyələrin yeni nizamnamələrinin təsdiqi ilə bağlı atılan addımlar nəticə etibari ilə bələdiyyə sisteminin inkişafına töhfə verən məqamlardır.

Yeni rəhbərliyin gəlişi ilə bağlı atılan addımlar, Bələdiyyələrlə  iş Baş idarəsində struktur dəyişikliyinın aparılması, habelə  “Bələdiyyələrlə iş” informasiya sistemi və onun tərkibində “Bələdiyyə gəlir və xərclərinin vahid portalı” yaradılması görülən işlərin ən vacibi kimi də etmək olar. Sözsüz ki, bu fəaliyyət  bələdiyyələrdə şəffaflıq və maliyyə intizamını əhəmiyyətli dərəcədə gücləndirməkdədir.  

Ötən dövr ərzində istər baş idarə, istərsə də regional idarələr işlərinin öhdəsindən gəlməklə həm də öz xidmətlərini  göstərmiş oldular.

Bu sahədə "təmizlənmə" işlərinin aparılması, struktura hazırda çalışan savadlı, bacarıqlı və işini layiqincə bilən kadrlarla yanaşı, yeni perspektivli gənclərin cəlb edilməsi, xüsusəndə sistemdə stimullaşdırıcı addımların atılması sonda öz bəhrəsini vermiş olacaqdır.

Bu gün Baş idarə ilə yanaşı, Şəmkir, Göyçay, Xaçmaz, İmişli, Gəncə, Lənkəran, Şəki regional idarələrinin bələdiyyələrlə bağlı fəaliyyəti yüksək qiymətləndirilməlidir. Düşünürəm ki, hələ ki azsaylı bələdiyyələrlə çalışan Qarabağ, habelə Şirvan regional idarələri də bundan sonrakı fəaliyyəti ilə ümumi fəaliyyətə öz layiqli töhfələrini verəcəklər.

Haşıyə olaraq onu da əlavə etmək istərdim ki,  son günlərdə bələdiyyə assosiasiyalarının ümumi yığıncaqlarında Bələdiyyələrlə iş Baş İdarəsinin  rəisi Elmin Həsənovun qısa və konkret  görünən, lakin genişməzmunlu çıxışı həm də bələdiyyələr üçün çəkilən strateji yol xəritəsi idi.  

Burada səslənən fikirlər, əsasən,  mənim bələdiyyələrdən  aldığım fikirlərə və müşahidələrimə  söykənir.

Hər halda yazılan fikirlərə onu da əlavə etmək istərdim ki, əgər adıçəkilən qurumlarda komplektləşdirmə aparılmış olsa, bu qurumların bələdiyyələrin inkişafına daha böyük töhfələr vermiş olacaq.

Son olaraq, bu sahədə çalışan bütün ədliyyə qulluqçularını, xüsusəndə dostlarımı ürəkdən təbrik edir, uğurlar arzulayır, bələdiyyələrin inkişafına bundan sonra da daha böyük töhfələr verməyi arzu edirəm.

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
368

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
729

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
707

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
582

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
800

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
707