Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-12-2025 , 11:21

749

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Təmraz Tağıyev: “Əməkdaşlığın, digər sahələrdə olduğu kimi,  Türk dövlətlərinin yerli özünüidarəetmə  səviyyəsində də  aparılmasına ehtiyac var”.

 “Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) və Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) birgə təşkilatçılığı ilə 4 dekabr 2025-ci il tarixində TDBB-nin İstanbuldakı mənzil-qərargahında “Yerli Rəhbərliklər və Sərhədlərarası Əməkdaşlıq” mövzusunda toplantı  keçirilib”- bu məlumatı Belediyye.infoya Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) sədri  Təmraz Tağıyev deyib.

Sədrin sözlərinə görə, toplantıda ölkəmizi Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) sədri Təmraz Tağıyev və AŞBMA-nın məsləhətçisi Rövşən Məmmədov təmsil ediblər.

TDBB-nin baş katibi Fahri Solak toplantıdakı  çıxışında Türk dövlətlərinin yerli özünüidarəetmələri arasında olan əməkdaşlıq əlaqələrinə toxunaraq, bu kimi əlaqələrin TURKPA ilə əməkdaşlıq çərçivəsində daha da artırılmasınin zəruriliyini qeyd edib.

Toplantı zamanı AŞBMA-nın sədri və TDBB İdarə Heyətinin üzvü Təmraz Tağıyev çıxış edərək Azərbaycan bələdiyyələrinin beynəlxalq müstəvidə, əsasəndə Türk dövlətləri bələdiyyələri ilə apardığı əməkdaşlıqları dilə gətirmişdir.

Sədr çıxşında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev daim bildirir ki, "Bizim ailəmiz Türk dünyasıdır”.  Bununla yanaşı  sədr çıxışında ölkə başçısının  Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirdiyi siyasətin mühüm əhəmiyyətini qeyd etmiş  və Türk dövlətləri arasında aparılan əməkdaşlığın, digər sahələrdə olduğu kimi,  yerli özünüidarəetmə səviyyəsində də  intensiv şəkildə aparılmasına ehtiyac olduğunu vurğulamışdır.

Təmraz Tağıyev çıxışında həmçinin ötən  dövr ərzində AŞBMA-nın dəstəyi ilə Azərbaycan bələdiyyələri ilə Türkiyə, Şimali Kipr və Bosniya və Herseqovina bələdiyyələri arasında aparılmış  görüşlərin və təcrübə mübadilələrin önəmini vurğulamışdır. Sədr həmçinin ötən ilin sentyabr ayında Şimalı Kipr Türk Bələdiyyələr Birliyi (KTBB) ilə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası (AŞBMA) arasında yerli özünüidarəetmə sahəsində əməkdaşlıq haqqında protokol imzalanmasını və bu kimi protokolların digər Türk dövlətlərinin yerli özünüidarəetmə orqanları ilə imzalanması vacibliyini də qeyd etmişdir.

Qeyd edək ki, toplantıda Özbəksitan Respublikası Ali Məclisinin Komitə sədrinin müavini Səyarə Abdukərimova və Özbəkistan və Qırğızıstan Ali Məclisin üzvləri, habelə  Türkiyə, Şimali Kipr və Azərbaycan Milli Məclisindən olan digər rəsmi nümayəndələr, habelə  TURKPA katibliyinin rəsmiləri  iştirak ediblər.

Belediyye.info






Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
742

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
819

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
725

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
896

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
1189

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
1093